Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Çoxlu sanksiyalara baxmayaraq, Rusiya Avropada birinci iqtisadiyyat olub"

Rusiya Federasiyasının prezidenti qeyd edib ki, ABŞ-ın istifadə etdiyi alətlər işləmir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çoxlu sanksiyalara baxmayaraq, Rusiya Avropada birinci iqtisadiyyat olub"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Rusiya iqtisadiyyatı, son bir ildə ona tətbiq edilən çoxlu sanksiyalara baxmayaraq, alıcılıq qabiliyyəti paritetinə görə, Avropada birinci iqtisadiyyata çevrilib".

Marja.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

“Son bir ildə Rusiya bütün sanksiyalar və məhdudiyyətlərə baxmayaraq, Avropanın birinci iqtisadiyyatına çevrilib. Sanksiyalar, məhdudiyyətlər, ödənişlərin dollarla həyata keçirilməsinin mümkünsüzlüyü, SWIFT-dən ayrılması, neft daşıyan gəmilərimizə qarşı sanksiyalar, təyyarələrə qarşı sanksiyalar, sanksiyalar... Hər şeydə, hər yerdə. Dünyada tətbiq edilən ən çox sanksiyalar Rusiyaya qarşı tətbiq edilir. Biz bu müddət ərzində Avropada ilk iqtisadiyyat olduq”, - Putin qeyd edib.

Rusiya Federasiyasının prezidenti vurğulayıb ki, dünya reytinqində Rusiya bu göstərici üzrə Yaponiyadan sonra beşinci yeri tutub. "ABŞ-ın istifadə etdiyi alətlər işləmir", - Rusiya prezidenti deyib.

2022-ci ilin sonunda Rusiya dünyanın ən böyük beş iqtisadiyyatı sırasına daxil olub, alıcılıq qabiliyyəti pariteti və iqtisadi həcminə görə Almaniyanı geridə qoyub. Bu qiymətləndirmə Dünya Bankı tərəfindən 2023-cü ilin avqustunda dərc edilib. Beynəlxalq təşkilatın məlumatına görə, Rusiya, dünyanın ən böyük beş iqtisadiyyatı sırasındadır. Reytinqdə Çin iqtisadiyyatı birinci, ABŞ ikinci, Hindistan üçüncü, Yaponiya dördüncü, Rusiya isə beşincidir.

09.02.2024 13:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ