Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan banklarının vahid inkassasiya mərkəzinin yaradılması müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan banklarının vahid inkassasiya mərkəzinin yaradılması müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

8 fevral 2024-cü il tarixində, vahid inkassasiya mərkəzinin yaradılması ilə əlaqədar "Azərbaycan Banklar Asossiyasiyası" (ABA) İctimai Birliyində İşçi Qrupunun iclası baş tutub.

Marja.az ABA-ya istinadən xəbər verir ki, iclasda bu sahədə Türkiyə Respublikasında fəaliyyət göstərən “Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri” A.Ş. şirkətinin nümayəndələri və İşçi Qrupda təmsil olunan bir neçə bankların nağd pul vəsaitlərinin daşınması sahəsində rəhbər məsul şəxsləri iştirak edib.

Görüş zamanı vahid inkassasiya mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparılmış, Bantaş şirkəti tərəfindən təqdimat edilmiş, bankların rəy və təklifləri dinlənilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Bantaş
09.02.2024 15:14

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ