Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Antalyada mənzil qiymətlərinin qalxması rusların ölkəni tərk etməsinə səbəb olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Antalyada mənzil qiymətlərinin qalxması rusların ölkəni tərk etməsinə səbəb olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin Antalya şəhərində daimi yaşayan əcnəbilərin sayı 2023-cü ilin sonunda 40 min nəfər azalıb.

Türkiyə mətbuatı miqrasiya departamentinin məlumatlarına istinadən yazır ki, onların arasında indi Serbiya və BƏƏ-yə səfər edən çoxlu sayda rusiyalı da var.

Reklam_3_11

Verilən məlumata görə, rusların ölkəni tərk etməsinə, mənzil qiymətlərinin kəskin artmasına və turistlərin yaşayış icazəsi almaq üçün yoxlamaların sərtləşməsinə səbəb ola bilər. Ümumilikdə, 2023-cü ildə yaşamaq icazəsi olan təxminən 55 min Rusiya vətəndaşı Türkiyəni tərk edib.

Türkiyənin "Endeksa" platformasının məlumatına görə, 2023-cü ilin iyun ayına Antalyada kirayə qiymətləri 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2 dəfə artaraq 1 kv.m üçün 6 avro təşkil edib.  Düzdür, ötən ilin avqustunda bu rəqəm 1 kv.m üçün 5 avro səviyyəsinə, 2024-cü ilin əvvəlində isə 4 avroya düşüb. 2022-ci ilin fevral ayında daşınmaz əmlakın alınmasının qiyməti 1 kv.m üçün 571 avro təşkil edib.  2023-cü ilin iyun ayında isə 1 kv.m üçün 1221 avro pik dəyərinə çatmışdı. Hazırda qiymət isə 1 kv. m üçün təxminən 1000 avrodur.

NSP hüquq bürosunun partnyoru, Rusiya-Türkiyə Dialoq Assosiasiyasının prezidenti Arsen Ayupov deyir ki, rusların ölkəni tərk etməsinin üç əsas səbəbi var. Birincisi, Ukraynada hərbi əməliyyat başladıqdan sonra bir çox insan assimilyasiya  edə bilmədi (uyğunlaşa bilmədi) və geri qayıtdı. İkincisi, daşınmaz əmlak və kirayə qiymətləri artıb, yüksək inflyasiya səbəbindən Türkiyədə yaşayış minimumu qalxıb. Üçüncüsü, yaşayış icazəsi ilə bağlı məhdudiyyətlər ona gətirib çıxarıb ki, çoxları onu yeniləyə bilmir.

Antalyada mənzil və kirayə qiymətlərinin artımını dayandırmaq üçün yerli hakimiyyət 10 şəhər məhəlləsini əcnəbilərin üzünə bağlayıb. Bundan əlavə, onlar daha əvvəl yaşayış icazəsi almaq üçün daşınmaz əmlak üzrə minimum alışın məbləğini bir neçə dəfə artırıblar. Nəşr qeyd edir ki, son nəticədə bu tədbirlər bəzi əcnəbilərin ölkəni tərk etməsinə səbəb olub ki, bu da Antalyada mənzil və kirayə qiymətlərinin 15-25% ucuzlaşmasına gətirib çıxarıb.

Ötən ilin dekabrında Türkiyənin miqrasiya idarəsi 2023-cü ilin əvvəlindən Türkiyədə yaşamaq icazəsi ilə yaşayan rusların sayının 34% azaldığını bildirmişdi. 

Endeksa
12.02.2024 11:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ