Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bankların investisiya xidmətlərini göstərmələri üzrə tələblər müəyyənləşdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların investisiya xidmətlərini göstərmələri üzrə tələblər müəyyənləşdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

“Marja” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra həmin qayda banklara da aid ediləcək, “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” adlanacaq.

Banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələblərə görə,  investisiya xidmətləri (əməliyyatları) yalnız bu xidmətlərin göstərilməsi məqsədilə yaradılmış struktur bölmə (departament, şöbə, bölmə və s.) vasitəsilə həyata keçirilməli; investisiya xidmətlərini (əməliyyatlarını) göstərən əməkdaşları ixtisas şəhadətnaməsinə, müvafiq struktur bölmənin rəhbəri investisiya xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsinə malik olmalı; müştərilərə investisiya xidmətlərinin göstərilməsi üçün müvafiq strategiyaya, risklərin idarəedilməsi qaydasına və rəqəmsal texnologiyalara malik olmalıdır.

XXX

“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2021-ci il 31 avqust tarixli 23/1 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci, 43.3-1-ci və 74-2.1.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti Qərara alır:

1. “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2021-ci il 31 avqust tarixli 23/1 nömrəli Qərarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Mərkəzi Bankın sədri Taleh Kazımov, 31 yanvar 2024-cü il

“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2021-ci il 31 avqust tarixli 23/1 nömrəli Qərarında dəyişikliklər

“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2021-ci il 31 avqust tarixli 23/1 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. adına və birinci hissəsinə “şirkətləri” sözündən sonra “və banklar” sözləri əlavə edilsin;

2. həmin Qərarla təsdiq edilmiş “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” üzrə:

2.1. adına, 1.1-ci (ikinci halda) və 1.2-ci bəndlərə “şirkətləri” sözündən sonra “və banklar” sözləri əlavə edilsin;

2.2. 1.1-ci bənddə “30.6-cı, 38.13-cü və 41.4-cü” sözləri “30.1-ci, 30.6-cı, 38.13-cü, 41.4-cü, 43.3-1-ci və 74-2.1.4-cü” sözləri ilə əvəz edilsin, həmin bəndə “investisiya şirkətləri” (birinci halda) sözlərindən sonra “və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və xarici bankların yerli filialları (bundan sonra - banklar)” sözləri, “tələbləri” sözündən sonra “, habelə banklar tərəfindən göstərilən investisiya xidmətlərinin həcmini və qaydasını” sözləri əlavə edilsin;

2.3. 1.2-ci bənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın, həmin bənddə “PL/TMM” sözü “ƏL/TMM” sözü ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 1.3-1.5-ci bəndlər əlavə edilsin:

“1.3. Banklar tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə yalnız Azərbaycan Respublikasının ərazisində ticarətə buraxılmış qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə Qanunun 30.3.1-ci və 30.4.1-ci maddələrində göstərilən investisiya xidmətləri (əməliyyatları) həyata keçirilir. Banklar tərəfindən Qanunun 30.4.1-ci maddəsi ilə müəyyən edilən investisiya xidməti yalnız Qanunun 30.3.1-ci maddəsi ilə müəyyən edilən investisiya xidməti çərçivəsində həyata keçirilir.

1.4. Bu Qaydanın 3-cü, 8-ci, 13-15-ci, 17-19-cu hissələrinin tələbləri bu Qaydanın 1.3-cü bəndi nəzərə alınmaqla banklara da şamil edilir.

1.5. Banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələblər aşağıdakılardır:

1.5.1. investisiya xidmətləri (əməliyyatları) yalnız bu xidmətlərin göstərilməsi məqsədilə yaradılmış struktur bölmə (departament, şöbə, bölmə və s.) vasitəsilə həyata keçirilməli;

1.5.2. investisiya xidmətlərini (əməliyyatlarını) göstərən əməkdaşları bu Qaydanın 12.3-cü bəndinə uyğun olaraq ixtisas şəhadətnaməsinə, müvafiq struktur bölmənin rəhbəri investisiya xidmətləri sahəsində minimum 2 (iki) illik iş təcrübəsinə malik olmalı;

1.5.3. müştərilərə investisiya xidmətlərinin göstərilməsi üçün müvafiq strategiyaya, risklərin idarəedilməsi qaydasına və rəqəmsal texnologiyalara malik olmalıdır.”;

2.5. 2.1.1-ci yarımbənddə “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin yarımbəndə “investisiya şirkətinin” sözlərindən sonra “və ya bankın” sözləri əlavə edilsin;

2.6. 3.6.2-ci və 19.3.9-cu yarımbəndlərə “atasının adı” sözlərindən sonra “, fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi)” sözləri əlavə edilsin;

2.7. 4.1-ci bənddə “qiymətli kağız hesablarının idarə edilməsi” sözləri “qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması” sözləri ilə əvəz edilsin;

2.8. 4.3-cü bənd ləğv edilsin;

2.9. aşağıdakı məzmunda 6.4-cü bənd əlavə edilsin:

“6.4. Anderrayter tərəfindən yerləşdirilməsi nəzərdə tutulan qiymətli kağızlar üzrə bu Qaydanın 17.2.9-cu yarımbəndində müəyyən edilən daxili qaydalara uyğun olaraq mövcud və ya əmələ gələ biləcək risklər barədə təhlil aparılır və bu barədə investorlara yazılı məlumat verilir.”;

2.10. 7.3-cü bəndə “çıxış etdikdə,” sözlərindən sonra “Qanunun 30.5-2-ci maddəsinin tələbi nəzərə alınmaqla” sözləri əlavə edilsin;

2.11. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:

“8. Qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması

“8.1. İnvestisiya şirkəti tərəfindən qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması mərkəzi depozitarda müştərinin adına açılan hesab vasitəsilə həyata keçirilir.

8.2. Qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması müştərinin kağız daşıyıcıda və ya elektron qaydada təqdim edilmiş razılığı əsasında həyata keçirilir.”;

2.12. 9.3-cü bəndə “müştəriyə” sözündən əvvəl “müştəri ilə müqavilə bağlayır və” sözləri əlavə edilsin”;

2.13. aşağıdakı məzmunda 12.3-cü bənd əlavə edilsin:

“12.3. Bankın Qanunun 30.3.1-ci və 30.4.1-ci maddələrində nəzərdə tutulmuş investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bütün işçiləri müvafiq ixtisas şəhadətnaməsinə malik olmalıdır.”;

2.14. 13.1-ci bəndə “müştəri” sözündən sonra “(o cümlədən, onun səlahiyyətli nümayəndəsi)” sözləri əlavə edilsin;

2.15. 13.2-ci bəndə “imzası ilə” sözlərindən sonra “, elektron qaydada tərtib edilən müqavilə isə bu Qaydanın 13.10-cu bəndinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin və həmin bənddən ikinci və üçüncü cümlələr çıxarılsın;

2.16. aşağıdakı məzmunda 13.2-1-ci bənd əlavə edilsin:

“13.2-1. Müqavilə aydın və oxunaqlı olmalıdır. İnvestisiya şirkəti müştərinin tələbi ilə elektron formada bağlanmış müqavilənin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim etməlidir.”;

2.17. 13.3.2-ci və 13.3.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“13.3.2. müştəri fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi), bank rekvizitləri (olduqda), hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ünvanı və bank rekvizitləri;

13.3.3. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi fəaliyyətinə verilmiş lisenziyanın nömrəsi və tarixi;”;

2.18. 13.3.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“13.3.14. Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) ünvanı və qaynar xətti;”;

2.19. 13.6-cı bənddə “Qiymətli kağızlar hesablarının idarə edilməsi” sözləri “Qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması” sözləri ilə əvəz edilsin;

2.20. 13.6.2-ci yarımbənddə “qiymətli kağızlar hesablarının idarə edilməsi” sözləri “qiymətli kağızların hesabının idarə edilməsinin, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsinin, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanmasının” sözləri ilə əvəz edilsin;

2.21. 13.6.3-cü yarımbəndə “nominal dəyəri” sözlərindən əvvəl “müvafiq olaraq” sözləri əlavə edilsin;

2.22. 13.7-ci bənddən “və PL/TMM Qanununa əsasən müştərinin risk kateqoriyası müəyyən edilir” sözləri çıxarılsın;

2.23. aşağıdakı məzmunda 13.10-cu bənd əlavə edilsin:

“13.10. Məsafədən müştəri ilə müqavilənin bağlanması və müştəri hesabının (depo və marja hesabı) açılması zamanı bu Qaydanın və Mərkəzi Bankın İdarə Heyətinin 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir.”;

2.24. 14-cü hissə üzrə:

2.24.1. adında “İnvestisiya şirkətinə sənədlərin” sözləri “Sənədlərin” sözü ilə əvəz edilsin;

2.24.2. 14.1-ci və 14.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“14.1. Müştəriyə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsindən əvvəl investisiya şirkəti müştəri uyğunluğu tədbirlərini həyata keçirir. İnvestisiya şirkəti müştəri hesablarının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün müraciət edən şəxsdən ƏL/TMM Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin 21 fevral 2023-cü il tarixli 3-21-28/3-6-4/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın (bundan sonra – MUT Qaydaları) 2-ci hissəsinə uyğun olaraq məlumatları və bu Qaydaya 1 və 2 nömrəli əlavələrdə müəyyən edilmiş formada imza və möhür nümunələri vərəqələrini əldə edir.

14.2. Müştəridən əldə olunmuş məlumatların verifikasiyası Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn sənədlər və MUT Qaydalarının 6-cı hissəsinə uyğun olaraq təqdim edilən digər sənədlər əsasında həyata keçirilir.”;

2.24.3. 14.3-cü bənd ləğv edilsin;

2.24.4. 14.4-cü bəndə “müqavilə bağlandıqda,” sözlərindən sonra “həmin” sözü əlavə edilsin;

2.24.5. 14.5-14.14-cü bəndlər ləğv edilsin və aşağıdakı məzmunda 14.4-1-14.4-4-cü bəndlər əlavə edilsin:

“14.4-1. Dövlət informasiya sistemlərinə inteqrasiya təmin olunduğu halda müştəri hesabının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün tələb edilən sənəd və məlumatlar, o cümlədən surətinin notariat qaydasında təsdiq edilməsi tələb olunan sənədlər həmin informasiya sistemlərindən əldə olunur.

14.4-2. Sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri ƏL/TMM Qanununun, habelə MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.

14.4-3. Müştəri hesabının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün tələb edilən sənədlər bu Qaydanın 13.2-ci bəndinə uyğun olaraq təsdiq olunmaqla təqdim edilir.

14.4-4. Müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlər ƏL/TMM Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş müddətdə saxlanılır. Elektron formada əldə edilmiş məlumat və sənədlər kağız daşıyıcıya köçürülmədən elektron formada saxlanıla bilər.”;

2.25. 15-ci hissə aşağıdakı redaksiyada verilsin:

“15. Müştəri hesablarına və hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət

15.1. İnvestisiya şirkəti tərəfindən müştəri hesablarına (depo və marja hesablarına) və hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqinə dair ƏL/TMM Qanunu və MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.

15.2. Bu Qaydanın 15.1-ci bəndində nəzərdə tutulmuş tədbirlərin davamlı tətbiqi nəticəsində uyğunsuzluqlar müəyyən edildikdə 5 (beş) iş günü ərzində müştəridən və ya onun səlahiyyətli nümayəndəsinin bunun səbəblərini açıqlayan məlumatların və ya onları təsdiq edən sənədlərin, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri üzrə məlumatların yazılı (fiziki imza, gücləndirilmiş müştəri autentifikasiyası və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş) şəkildə 30 (otuz) təqvim günü ərzində verilməsi tələb olunur.

15.3. İnvestisiya şirkəti davamlı nəzarət çərçivəsində aşkar etdiyi mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, şübhəli, açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan hesablar və əməliyyatlarla bağlı ƏL/TMM Qanununa uyğun olaraq tədbirlər görür.”;

2.26. 16.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“16.2.1. MUT Qaydalarına uyğun olaraq gəliri və gəlir mənbələri;”;

2.27. 17.2-ci bənd üzrə:

2.27.1. 17.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“17.2. İnvestisiya şirkəti aşağıdakıları əhatə edən daxili qaydalara malik olmalıdır:”;

2.27.2. 17.2.1-17.2.3-cü yarımbəndlər ləğv edilsin;

2.27.3. 17.2.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 17.2.9-cu yarımbənd əlavə edilsin:

“17.2.9. anderraytinq zamanı emitentin maliyyə dayanıqlığının və korporativ idarəetməsinin effektivliyinin, o cümlədən risklərin idarəedilmə səviyyəsinin təhlili qaydası.”;

2.28. 18.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“18.5. Marja ticarəti xidməti üzrə müştərilərə məlumatlar verilərkən həmçinin marja ticarəti qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə əməl edilməlidir.”

2.29. 19.6-cı bənddə “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

2.30. Qaydaya 1 və 2 nömrəli əlavələr aşağıdakı redaksiyada verilsin və Qaydaya 3 və 4 nömrəli əlavələr ləğv edilsin:

investisiya xidmətləri banklar
13.02.2024 09:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ