Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ərdoğan 2024-cü ilin yanvarında Türkiyənin ən yüksək ixrac göstəricisinə nail olduğunu bildirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğan 2024-cü ilin yanvarında Türkiyənin ən yüksək ixrac göstəricisinə nail olduğunu bildirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yanvar ayında ölkə tarixində ən yüksək ixrac göstəricisi qeydə alınıb.

Marja.az xəbər verir ki, o, bunu Nazirlər Kabinetinin Ankarada keçirilən iclasından sonra deyib.

Reklam_3_11

"Türkiyə iqtisadiyyatına inamın artması bizi sevindirir. Yanvar ayı ixracatımız keçən ilin eyni ayı ilə müqayisədə 3,6% artaraq 20 milyard dollara çatıb. Beləliklə, tariximizin ən yüksək ixrac həcminə nail olduq. Məşğulluq artmaqda davam edir, işsizliyin azaldılması bizim əsas prioritetimizdir”, - deyə Ərdoğan bildirib.

O xatırladıb ki, hakimiyyət bundan əvvəl inflyasiya və böhran prosesləri ilə mübarizə üçün kompleks iqtisadi proqram hazırlayıb. Onun sözlərinə görə, yaxın gələcəkdə ölkədə bu proqramın icrası kontekstində, xüsusən də inflyasiya məsələsində müsbət dəyişikliklər müşahidə olunacaq.

Turizm sektorunda perspektivlərdən danışan Ərdoğan deyib ki, hakimiyyət 2024-cü ildə turizmdən 60 milyard dollar gəlir əldə ediləcəyini  gözləyir: "2023-cü il tariximizin turizm sahəsində ən yaxşı ili oldu. Turizm gəlirlərimiz əvvəlki ilə nisbətən 17% artaraq 2023-cü ilin sonunda 54,3 milyard dollara çatıb. 2024-cü il üçün hədəfimiz 60 milyon qonaq və turizmdən 60 milyard dollar gəlirdir".

13.02.2024 10:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ