Bali 10 dollarlıq turist vergisi tətbiq edib
İndoneziya hakimiyyəti fevralın 14-dən etibarən Baliyə gələn xarici turistlər üçün 150,000 İndoneziya rupisi (təxminən 10 dollar) məbləğində rüsum tətbiq edib.
Xarici media xəbər verir ki, oxşar tələblər Bali ilə qonşu olan Nusa Penida, Nusa Lembongan və Nusa Ceningan kiçik adalarına səyahət üçün də tətbiq olunub.
İndoneziyanın digər bölgələrindən daxili reyslər və ya bərə ilə gələn turistlər də vergi ödəməlidirlər. Ödəniş uşaqlar da daxil olmaqla, səyahət edənlərin bütün yaş kateqoriyalarına aiddir.
Vergi bir neçə viza kateqoriyası üçün istisna edilir. Onların arasında diplomatik, rəsmi heyətlərin nümayəndələri, ekipaj üzvləri, müvəqqəti və ya daimi yaşamaq icazəsi olanlar var. Bundan əlavə, ailə birləşməsi, “qızıl”, tələbə və iş vizaları ilə Baliyə daxil olanlar üçün ödəniş tələb olunmur. Bundan başqa, Baliyə səyahət etməzdən əvvəl, sadalanan kateqoriyadan olanlar əvvəlcədən vergidən azad olmaq üçün onlayn ərizə təqdim etməlidirlər.
Həmçinin Bruney, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin daxil olan Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası da rüsum ödəməkdən azaddır.
Baliyə gələn turistlərin sayını nəzərə alsaq, bu, hər gün təxminən 180 min dollar qazanc gətirəcək. 2023-cü ildə Balini 11 milyona yaxın xarici turist ziyarət edib ki, bu da ilkin hədəfi 2,5 milyon ötüb. 2024-cü ildə səlahiyyətlilər turist axınının daha da artaraq 14 milyon nəfərə çatacağını proqnozlaşdırırlar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






