Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ticarət şəbəkəsində əhaliyə satış artıb - 4,5 MİLYARDLIQ DÖVRİYYƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ticarət şəbəkəsində əhaliyə satış artıb - 4,5 MİLYARDLIQ DÖVRİYYƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5 faiz artmışdır. 

Reklam_3_11

2024-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.  

Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.

2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,6 faiz, fərdi sahibkarlar üzrə 4,2 faiz, bazar və yarmarkalarda 2,7 faiz artmışdır.

Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 441,3 manatlıq, o cümlədən 242,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,0 manatlıq qeyri-ərzaq malları almışdır. 

14.02.2024 13:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ