Valyuta hərracında tələb 100 milyon dollardan yüksək oldu
Azərbaycanda dollara tələb yüksək məbləğdə qalır. Bu gün banklar hərracda 103,9 milyon dollar alıblar. Son iki hərracda 255 milyon dollar valyuta alınıb.15 Fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Marja.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 103,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib (satış).
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, 13 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 151,1 milyon ABŞ dolları təşkil etmişdi.
2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 12 valyuta hərracında banklara cəmi 891,9 milyon dollar satılıb.
Azərbaycan Mərkəzi Bankı bildirilib ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır. Bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır. Qeyd edilib ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələmişdir.
"Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir",- Mərkəzi Bankdan bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)












.jpg)




