Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Aqrar Sığorta Fondunda arıçılıq təsərrüfatlarının sığortası üzrə müzakirələr aparılıb

Aqrar sığorta mexanizmi çərçivəsində gələcəkdə arı ailələrinin sığortası planlaşdırılır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqrar Sığorta Fondunda arıçılıq təsərrüfatlarının sığortası üzrə müzakirələr aparılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aqrar Sığorta Fondunda (ASF) Azərbaycan Arıçılar Assosiasiyasının rəhbərliyi və üzvləri ilə keçirilən görüşdə arı ailələrinin sığortalanmasına dair ilkin müzakirə aparılıb.

ASF-nin yaydığı məlumatda bildirilir ki, görüşdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov aqrar sığorta mexanizmi, onun işləmə prinsipi və üstünlükləri barədə məlumat verib.  Onun sözlərinə görə, qarşıdakı dövrdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin və sığorta risklərinin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Sığortaya cəlb edilməsi nəzərdə tutulan sahələrdən biri də arıçılıq təsərrüfatlarıdır. Bu görüşün məqsədi, Azərbaycan arıçıları ilə arı təsərrüfatlarının sığortası ilə bağlı risklərin və sığorta imkanlarının müzakirəsidir.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib ki, hazırda ölkənin demək olar bütün bölgələrində ümumilikdə 650 mindən artıq arı ailəsi var. Assosiasiya rəhbərinin sözlərinə görə, arı ailələri üçün əsas risklər – yoluxucu xəstəliklər, dolu yağması, sel, daşqın, quraqlıq nəticəsində bitki örtüyünün olmaması, vəhşi heyvanların, o cümlədən ayıların hücumu və sairdir. Bundan başqa arı ailələri daşınma zamanı stress, avtomobil qəzaları, əkin sahələrinin dərmanlanması zamanı zəhərlənmə kimi hallar nəticəsində də tələf olur.

Görüşdə bildirilib ki, ötən il belə hallar, xüsusilə sel və daşqınlar nəticəsində minlərlə arı ailəsi tələf olub. Belə hallarda fermerlərə dəyən zərərin qarşılanması baxımından aqrar sığortanın əhəmiyyəti vurğulanıb.

Görüşdə arı ailələrinin sığorta məqsədləri üçün qeydiyyatı və identifikasiyası, hadisələrin təsbiti üsulları, arı ailələrinin qiymətləndirilməsi ilə bağlı məsələlər, o cümlədən arı ailələrinin sığortalanması sahəsində qardaş Türkiyənin təcrübəsi də müzakirə edilib.   

Sonda arı ailələrinin sığortalanması ilə bağlı müzakirələrin və belə görüşlərin davam etdirilməsi qərara alınıb.

16.02.2024 12:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ