Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“İcraçı Kredit Agentliyi” BOKT-un istiqrazları listinqə daxil edildi - ŞƏRTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İcraçı Kredit Agentliyi” BOKT-un istiqrazları listinqə daxil edildi - ŞƏRTLƏR

15 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İcraçı Kredit Agentliyi” MMC BOKT-un AZ2002020090 İSİN kodlu 99 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların sayı 495 ədəd, hər birinin nominal dəyəri 200 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 24 ay, kupon faizlərinin ödəniş müddəti hər 90 gündən birdir. 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

bokt istiqraz İcraçı Kredit Agentlik
16.02.2024 15:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ