Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının təqdimatı keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının təqdimatı keçirilib

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin nümayəndələri üçün MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev təşkilatın yeni strateji baxışı və missiyası barədə məlumat verərək, strategiyanın hədəfləri, onlardan irəli gələn təşəbbüs və fəaliyyətlər barədə ətraflı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, Strategiyada MDM-in transformasiyası, o cümlədən təkmil korporativ idarəetmə və informasiya təhlükəsizliyinə malik olan, geniş imkanlar təqdim edən quruma çevrilməsi nəzərdə tutulub. Bununla yanaşı qiymətli kağızlar üzrə hesablaşmalar və kastodian xidmətlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması da prioritet hədəf hesab olunur.

Tədbir zamanı investisiya şirkətlərinin nümayəndlərinin sualları cavablandırıldı, iştirakçılar arasında kapital bazarının inkişafı, o cümlədən müasir tendensiya və çağırışlara dair fikir mübadiləsi aparılıb.

Strategiyanın icrası ilə bağlı investisiya şirkətləri ilə səmərəli kommunikasiyanın vacibliyi vurğulanaraq davamlı görüşlərin keçirilməsi razılaşdırılıb.

Strategiyanın yaxın günlərdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

 

19.02.2024 13:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ