Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

BOKT “İnternational”ın 1 milyonluq istiqrazlarına 4 investor 4 sifariş təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT “İnternational”ın 1 milyonluq istiqrazlarına 4 investor 4 sifariş təqdim edib

19 fevral, 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin tədavül müddəti 60 ay, nominal dəyəri 1000 manat olan AZ2011021022 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 1 milyon manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 1000 (18%) manat və 1000.0500 (17.99%) manat olan 4 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, yerləşdirilmiş həcmi də 1 milyon manat təşkil edib.

İstiqrazların kəsmə qiyməti 1000 (18%) manat və orta ölçülmüş qiyməti 1000.0021 (17.9999%) manat olaraq müəyyən edilib.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların illik faiz dərəcəsi 18 %, faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir. İstiqrazların ödəmə tarixi 19.02.2029-cu ildir.

BOKT İnternational
19.02.2024 17:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ