Banqladeşdə Coca-Cola-nın qablaşdırılması və topdan satışı Türkiyə şirkətinin nəzarətinə keçdi
Azərbaycan bazarına da nəzarət edən "Coca-Cola İçecek A.Ş." (CCI) törəmə şirkəti "CCI International Holland B.V." (“CCIHBV”) ilə birgə "Bangladesh Beverages Limited" (CCBB) şirkətini 100%-ni əldə edib.
Marja.az xəbər verir ki, bu barədə "Coca-Cola İçecek A.Ş." məlumat yayıb.
"Bangladesh Beverages Limited" şirkətinin fəaliyyət sahəsinin Banqladeşdə Coca-Cola markalarının qablaşdırılması və topdan satışı olduğu qeyd edilib. Satınalma 20 fevral 2024-cü il tarixində tamamlanıb.
Bildirilib ki, əməliyyat başa çatdıqdan sonra CCI-nin CCBB-də birbaşa və dolayı mülkiyyəti 100 faiz olub.
Sövdələşmənin tamamlanmasını şərh edən “Anadolu Grubu” və “Coca-Cola İçecek”in İdarə Heyətinin sədri Tuncay Özilhan, Banqladeşdəki şirkətin alınması ilə CCİ-ın əməliyyat coğrafiyasında 34 istehsal müəssisəsində Türkiyə bayrağının dalğalandığını bildirib.
CCI-ın Baş direktoru Karim Yahi isə, bu satınalma ilə dünyada əhali sayına görə 8-ci ölkə olan Banqladeşə daxil olmaqla cəmi 600 milyon əhalinin olduğu bazarlara çatdıqlarını bildirib. Yahi deyib: “İnanıram ki, Banqladeşin iqtisadi artım gözləntiləri və əhalinin əsasən gənc olması CCİ-nin xarici bazarlarda gücünü gücləndirəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
13 saat əvvəl
“Şəki Agro” Suvarma Sistemlərinin açılış mərasimi keçirildi – FOTOLAR + VİDEO
-
17 saat əvvəl
“Bank of Baku” ölkəmizin bankçılıq missiyasının ilk ABŞ səfərində iştirak edib
-
1 gün əvvəl
Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi
-
1 gün əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 gün əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 gün əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 gün əvvəl
- 2 gün əvvəl