Avropada fermerlərin irimiqyaslı etirazları davam edir
Polşalı fermerlər bütün ölkə boyu etiraz aksiyası keçirərək, Avropa İttifaqının (Aİ) "Yaşıl Sövdələşmə"dən imtinasını və Ukraynadan məhsulların nəzarətsiz idxalına qadağa qoyulmasını tələb edirlər.
Marja.az xəbər verir ki. dünən onlar Polşa-Ukrayna sərhəd-keçid məntəqəsi ərazisində dəmir yolunu bağlayıb, iki vaqon taxılı yola töküblər.
Fermerlər vurğulayırlar ki, Ukraynadan Avropa Birliyinə ucuz ərzaq məhsullarının axını onların biznesini məhv edir.
Ölkədə yeni etiraz dalğası Avropa Komissiyasının Ukraynadan malların idxalına rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzatması ilə bağlıdır.
Yunanıstanda da etirazlar keçirilir. Bu gün Afina meydanlarında 150-yə yaxın traktor və bir neçə min fermerin iştirak edəcəyi gözlənilir. Onlar dövlətdən aqrar sektora maliyyə yardımını, elektrik enerjisinin, yanacağın qiymətinin artmasına və pis hava şəraitinin vurduğu ziyana görə subsidiyaların və kompensasiyaların artırılmasını tələb edirlər.
Fransız fermerlər vaxtaşırı əsas magistral yolları bağlamağa davam edirlər. Brüsseldə Avropa İttifaqının sammiti günü kənd təsərrüfatı siyasətinə qarşı olan etirazçılar Avropa Parlamentinin binasını traktorlar ilə bağlamışdılar.
W Medyce dzisiaj gorąco. Dostałem film od rolników którzy postanowili wejść z blokadą na tory kolejowe! pic.twitter.com/k2LT2jKNIe
— Tomasz Buczek (@buczek_tomasz) February 20, 2024
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
1 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
2 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 2 gün əvvəl
-
2 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
2 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ