Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Danone Rusiya biznesini 191,7 milyona Çeçenistanla əlaqəli iş adamına satmağı planlaşdırır

Məlumata görə, alıcı Rusiyanın süd məhsulları istehsalçısı "Vamin Tatarstan" olacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Danone Rusiya biznesini 191,7 milyona Çeçenistanla əlaqəli iş adamına satmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransanın süd məhsulları istehsalçısı Danone şirkəti Rusiya Federasiyasındakı biznesini 17,7 milyard rubla (191,7 milyon dollar) Vamin Tatarıstana satmağı planlaşdırır.

Marja.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Reklam_3_11

Məlumata görə, “Danone” şirkətinin Rusiyadakı törəmə şirkəti olan “Life & Nutrition” şirkətinin alıcısı Rusiyanın süd məhsulları istehsalçısı "Vamin Tatarstan" ("Вамин Татарстан") olacaq. "Vamin Tatarsta" şirkəti Çeçenistanla əlaqəli iş adamı Mintimer Mingazova məxsusdur. 

Qəzet yazır ki, "Vamin Tatarıstan" Danone-nin Rusiyadakı aktivlərinə nəzarət üçün 17,7 milyard rubl (191,7 milyon dollar) ödəməyə hazırdır. Bildirilir ki, bunun 7,7 milyard rublu Rusiya müəssisəsinin borcunun ödənilməsinə, qalan hissəsi isə Danone-nin şirkətdəki payının ödənilməsinə yönəldiləcək.

2022-ci ilin oktyabrında Danone şirkəti Rusiyadakı təzə süd və bitki mənşəli məhsullar biznesini satmaq niyyətində olduğunu elan edib. Həmçinin, iyulun 16-da Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Fransanın süd məhsulları istehsalçısının Rusiyadakı biznesi Federal Əmlakın İdarə Olunması Agentliyinin müvəqqəti idarəçiliyinə verilib. 2023-cü ilin iyul ayında Çeçenistanın Kənd Təsərrüfatı Naziri Yakub Zakriyev "Danone Russia" şirkətinin baş direktoru olub. Yakub Zakriyev Çeçenistan lideri Ramzan Kadırovun qardaşı oğludur. 

Vamin Tatarstan Danone
21.02.2024 13:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ