Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qlobal bazarlarda son vəziyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlarda son vəziyyət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən həftə FOMC-un son iclasının protokolları ilə yanaşı FED rəsmilərinin açıqlamaları fonunda faiz endirimi ehtimallarının ertələnməsinə dair proqnozlar dolların qiymətlərinə dəstək olur. Cari həftə ərzində isə ABŞ-da və Avrozonada açıqlanacaq inflyasiya, ABŞ-da dərc olunacaq ÜDM göstəriciləri birjalara yön verəcək. 

ABŞ-da inflyasiya

Bu həftə cümə axşamı açıqlanacaq yanvar ayı üzrə Şəxsi İstehlak Xərcləri Qiymət İndeksi (PCE) məlumatları ilə inflyasiya görünüşü yenidən gündəmə gələcək.

Son zamanlar açıqlanan istehlak qiymətləri (CPİ), istehsalçı qiymətləri (PPİ) və əmək bazarı kimi iqtisadi məlumatlar göstərir ki, ABŞ iqtisadiyyatı yüksək faiz dərəcələrinə baxmayaraq uzun müddətdir gücünü qoruyub saxlayır.

Bu vəziyyət investorların FED-in faiz endiriminin vaxtı ilə bağlı gözləntilərini təxirə salmasına səbəb olub.

İqtisadçılar yanvar ayı üçün əvvəlki aydakı 0.2%-lik artımdan sonra 0.3%-lik artım olacağını ehtimal edirlər. Proqnozlaşdırılandan daha yüksək açıqlanacaq inflyasiya göstəriciləri FED-in faiz endirimlərini daha da təxirə salmasına səbəb ola bilər.

Həmçinin Amerikada açıqlanacaq Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Məhsullar Üzrə Sifarişlərin Həcmi, İstehsal Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri, “Conference Board” və Miçiqan Universitetinin İstehlakçı Güvən İndeksi Hesabatları dolların major valyutalar qarşısındakı qiymətlərinə ciddi təsir edə bilər.

EUR 

Avrozonada martın 7-də keçiriləcək Avropa Mərkəzi Bankının iclasından əvvəl son inflyasiya məlumatları cümə günü açıqlanacaq.

Avrozonada və Almaniyada 2022-ci ildə iki rəqəmli rəqəmlərə yüksələn İstehlak Qiymətləri İndeksi ECB-nin 2%-lik hədəfinə doğru enmə əlamətləri göstərib, dekabrdakı 2.9%-dən yanvarda 2.8%-ə düşüb. Fevral ayında isə bu göstəricinin 2.5%-ə qədər azalacağı proqnozlaşdırılır. İstehlak Qiymətləri Baza İndeksinin isə illik müqayisədə 3.3%-dən 2.9%-ə qədər geriləyəcəyi ehtimal olunur.

ECB inflyasiyanın sərt pul-kredit siyasətini yumşaltmağa başlamaq üçün hələ də çox yüksək olduğunu bildirərək, keçən sentyabr ayından bəri faiz dərəcələrini rekord səviyyədə sabit saxlayır.

Xatırladaq ki, “Bundesbank” sədri Yoahim Nagel, cümə günü xəbərdarlıq edib ki, ECB, xüsusilə ikinci rübdə vacib əmək haqqı məlumatlarından əvvəl faiz dərəcələrini vaxtından əvvəl azaltmaq istəyinə müqavimət göstərməlidir.

Bu həftə həmçinin Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, Avrozonada və Almaniyada işsizlik səviyyəsi göstəriciləri də investorların diqqət mərkəzində olacaq.

Təhlillərə əsasən, ötən həftəni korrektiv artımlarla yadda qalan EURUSD məzənnəsində “ayılar” qiyməti 1.08$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

GBP

Ötən həftə funt da korrektiv bahalaşma ilə yadda qaldı. Cari həftə ərzində Amerikada, Avrozonada və Almaniyada açıqlanacaq iqtisadi göstəricilər funt-sterlinqin də dünya birjalarındakı qiymətlərinə təsir edə bilər. 

NEFT

Cümə günü FED rəsmilərinin faiz dərəcələrinin endirilməsinin ən azı iki ay gecikdirilə biləcəyini açıqlamalarından sonra neft qiymətləri təxminən 3% ucuzlaşdı.

FED-in qubernatoru Kristofer Uoller cümə axşamı bildirib ki, FED rəsmiləri ABŞ-da faiz dərəcələrinin endirilməsini ən azı bir neçə ay daha təxirə salmalıdırlar. Analitiklərin fikrincə bu da, iqtisadi artımı ləngidə və neft tələbini azalda bilər.

Həftəlik əsasda “Brent” nefti 2%-ə yaxın, “WTI” nefti isə 3%-dən çox ucuzlaşıb. Bununla belə, yanacağa tələbin göstəriciləri və təkliflə bağlı narahatlıqlar yaxın günlərdə qiymətləri canlandıra bilər.

Ötən həftəyə artımlarla başlayan “WTI” və “Brent” markalı neft daha sonra bir qədər ucuzlaşıb və həftəlik şamlarını müvafiq olaraq, 76.80$ və 81.90$ səviyyələrində bağladı. Lakin ABŞ, İngiltərə və Almaniyanın Qızıl dənizdə aktiv hərbi əməliyyatlara başlaması nəticəsində regionda gərginliyin artması fonunda neft qiymətlərində bahalaşma davam edə bilər. 

XAU/USD

Ötən həftə ərzində dollar qarşısında kəskin bahalaşan qızıl, 2041$ həddini test etdikdən sonra bir qədər ucuzlaşdı və həftəlik şamını 2035$ səviyyəsində bağladı. Ehtimal olunur ki, 2041$ həddi qırılacağı təqdirdə, qızıl 2051$ və 2061$ hədlərinə kimi bahalaşa bilər.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

26.02.2024 10:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ