Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən axşam ABŞ-da makroiqtisadi statistikanın dərcindən sonra, dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.07% artaraq 103.9 bənd təşkil edib.
ABŞ-da "CB" İstehlakçı Güvəni İndeksi (The Conference Board) fevral ayında 110.9 bənd səviyyəsindən 106.7 bənd səviyyəsinə qədər enib. Analitiklər isə əksinə, göstəricinin artacağını proqnozlaşdırmışdılar.
Bugün ABŞ-da dördüncü rüb üzrə ÜDM göstəricisinin aralıq proqnozları dərc olunacaq. Ölkənin Ticarət Nazirliyinin illik müqayisədə artım tempinə dair proqnozunu 3.3% səviyyəsində saxlayacağı ehtimal edilir. Qeyd olunan statistik məlumatlar investorlara ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin mümkün istiqamətləri haqqında ipucular verə bilər. Hazırda “CME Group”-un məlumatına əsasən, ekspertlərin 53%-i uçot faiz dərəcəsinin iyun toplantısından sonra azaldılacağını proqnoz edirlər.
Həmçinin açıqlanan məlumatların fonunda, ABŞ-ın əsas fond indekslərində aydın bir tendensiya izlənilmir. Dünən “Dow Jones” sənaye indeksi 0.28% azalaraq 38 958.36 bənd, “NASDAQ” yüksək texnologiyalar indeksi 0.14% artaraq 15 997.96 bənd təşkil edib. “S&P 500” geniş bazar indeksi bir qədər artaraq 5 069.59 punkta çatıb.
Amerika Neft İnstitutunun (API) ABŞ-ın kommersiya məqsədli neft ehtiyatlarının kəskin artması ilə bağlı məlumatlarının dərcindən sonra, çərşənbə günü səhər dünya birjalarında neft qiymətləri eniş tendensiyasını göstəriblər. “Brent” markalı neftin bir barel üçün may fyuçerslərinin qiyməti 0.4% ucuzlaşaraq 82.33$-a, “WTI” markalı neftin bir barel üçün aprel fyuçerslərinin qiyməti isə 0.43% ucuzlaşaraq 78.53$-a düşüb. Qeyd etmək lazımdır ki, qurum çərşənbə günü gecə ölkənin kommersiya məqsədli neft ehtiyatlarının fevralın 23-də bitən həftə üçün 8.4 milyon barrel artdığını bildirdi.
Məlumat İnvest-AZ Investisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
10 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)






