Valyuta hərracında tələb və satışın məbləği 100 milyon dollardan aşağı düşdü
29 Fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Marja.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 80 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib (satış).
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, 27 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 105,1 milyon ABŞ dolları təşkil etmişdi.
22 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 108,1 milyon ABŞ dolları təşkil etmişdi.
Qeyd edək ki, 20 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 102,6 milyon ABŞ dolları təşkil etmişdi.
15 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 103,9 milyon ABŞ dolları təşkil etmişdi.
13 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında isə tələb 151,1 milyon ABŞ dolları təşkil etmişdi.
2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 16 valyuta hərracında banklara cəmi 1 milyard 1287,7 milyon dollar satılıb.
Azərbaycan Mərkəzi Bankı bildirilib ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır. Bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır. Qeyd edilib ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələmişdir.
"Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir",- Mərkəzi Bankdan bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)


