Azərbaycanda da kərə yağı bahalaşır
Avropada kərə yağı böhranı başlayıb. İlin əvvəlindən Avropada kərə yağının qiyməti 100% artım göstərib. Ancaq iyun ayında kərə yağı 14% bahalaşıb. Buna səbəb kimi süd istehsalındakı azalma, tələbdə isə artım amilləri göstərilir.
Avropadakı qida şirkətləri yaxın aylarda qida bazarında kərə yağı qıtlığının yaranacağını və qiymətlərin bir qədər də artacağını bildirir.
İyul ayında Avropanın nəhəng qida şirkəti olan "Arla"nın baş icraçı direktoru Peder Tuborq bildirib ki, 2016-cı ildə 200 bəndə bərabər olan FAO kərə yağı indeksi hazırda 400 bəndi ötüb. O, yaxın günlərdə şirniyyat məhsullarının qiymətinin artacağını qeyd edib.
Hollandiyanın "Rabobank" qlobal süd məhsulları mütəxəssisi Kevin Bellami kərə yağına tələbatın artdığını, insanların onun sağlamlığa zərər yetirməsinə inanmadıqlarını xatırladıb. Analitiklər qlobal kərə yağı ehtiyatlarının ciddi azalma göstərdiyini bildiriblər. Belə ki, Avropa İttifaqında iyunun 1-nə kərə yağı ehtiyatları 1 396 tona kimi geriləyib. Qeyd edək ki, bu rəqəm 2016-cı il iyunun 1-ndə 92 548 ton təşkil edib. Yəni, azalma 99% təşkil edib.
Azərbaycan 2016-cı ildə 14,365 min ton kərə yağı idxal edib. Bunun dollar ekvivalentində dəyəri isə 48,384 mln. təşkil edib. Bu ilin ilk 6 ayında isə idxal 7,767 min ton olub. Lakin bu ilin ilk 6 ayında kərə yağı idxalına 32,688 mln. dollar sərf olunub. Proqnozlar onu göstərir ki, ilin sonuna qədər qiymətlərdə bir artım olmasa, kərə yağı idxalına 65 mln. dollara yaxın vəsait ödəniləcək. Bu da ötən ilə nisbətən təxminən 17 mln. dollar və ya 35%-ə yaxın çoxdur. Kərə yağı ilə yanaşı digər süd məhsullarının da qiymətinin artacağı gözlənilir ki, bu da idxalın valyuta ekvivalentində yüksəlməsinə gətirib çıxaracaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 9 d. əvvəl
-
28 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
1 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
3 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
4 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Ən çox oxunanlar
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























