Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Naxçıvanın İqtisadiyyat Nazirliyi yeni strukturla fəaliyyətə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvanın İqtisadiyyat Nazirliyi yeni strukturla fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yeni strukturla fəaliyyətə başlayıb.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Naxçıvan Ali Məclisinin sədri 29 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin əsasnaməsinin və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Sözügedən Fərmanda Nazirliyin və tabeli xidmətlərin (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti) strukturu, əsasnaməsi və işçilərinin say həddi ilə bağlı 2 ay müddət müəyyən edilib. Bu istiqamətdə işlər fevralın 29-da yekunlaşdırılıb. İqtisadiyyat Nazirliyi martın 1-dən yeni strukturla fəaliyyətə başlayıb.

Qeyd edilib ki, bir sıra funksiyaların İqtisadiyyat Nazirliyində birləşdirilməsi muxtar respublikanın iqtisadi rəqabət qabiliyyətini yeni mərhələyə çıxaracaq, Nazirliyin səlahiyyətlərinə aid edilmiş sahələrdə vəzifələr daha keyfiyyətli şəkildə yerinə yetiriləcək.

01.03.2024 14:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ