Bir sıra OPEC+ ölkələri neft hasilatının könüllü azaldılmasını 2-ci rübədək uzatdı
Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra OPEC+ ölkələri 2024-cü ilin 1-ci rübündə neft hasilatının könüllü olaraq əlavə azaldılmasını 2024-cü ilin ikinci rübünün sona qədər uzadıldığını elan ediblər.
Marja.az xəbər verir ki, hasilatın azaldılmasını iyun ayına qədər uzatmaq barədə Səudiyyə Ərəbistan (1 milyon barel/gün), Birləşmiş Ərəb Əmirlikləri (163 min barel/gün, Küveyt (135 min barel/gün), Qazaxıstan (82 min barel/gün), Əlcəzair (51 min barel/gün), Oman (45 min barel/gün) qərar qəbul ediblər.
Bunlardan əlavə, Rusiya ikinci rübdə neft hasilatı və ixracının ikinci rüb ərzində orta hesabla gündəlik 471 min barel azaldacağını açıqlayıb (birinci rübdə Rusiya Federasiyası neft tədarükünü gündəlik 500 min barel azaldıb). İraq həmçinin könüllü hasilatın azaldılması tədbirlərinin ikinci rübə uzadıldığını açıqlayıb. Birinci rübdə ölkə hasilatı gündəlik 223 min barel azaldıb.
Birinci rübdə könüllü hasilatın azaldılmasına əməl edən bütün OPEC+ ölkələri bu tədbirləri iyun ayına qədər uzadıb. OPEC+ ölkələrinin elan etdiyi uzadılmış ixtisarların həcmi təxminən 2,17 milyon bareldir.
30 noyabr 2023-cü il tarixində keçirilən OPEC+ iclasından sonra alyans ölkələri bazarı tarazlaşdırmaq üçün 2024-cü ilin birinci rübündə neft hasilatının ümumilikdə 2,2 milyon barel əlavə könüllü azaldılması barədə razılığa gəliblər.
Bakı vaxtı ilə saat 08:39-da Brent nefti 83,68 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
12 saat əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
12 saat əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
12 saat əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 12 saat əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ