"Onsuz heç kim baxmır. Biz də başlayaq lisenziyasız yerlər açmağa"
"Starex" karqo şirkətinin də daxil olduğu "Star Group" şirkəti sürətli poçtdaşıma bazarında rəqabət qaydalarının pozulduğunu bildirir.
Marja.az xəbər verir ki, Şirkətdə Biznesin İnkişafı və Əməliyyat Direktoru Pərviz Əzimov Facebook sosial şəbəkəsində yazıb ki, bir çox karqo şirkəti lisenziyasız fəaliyyət göstərir, bu da rəqabət qaydalarını pozur: "Rəsmi qurumlara müraciət edirik ki, ya lisenziya qaydasını ləğv edin, ya da lisenziyasız yerləri bağlayın. Düz 1 ildir rəsmi qurumlarla bu məsələ üzrə yazışmadayıq".
Pərviz Əzimov qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə, İqtisadiyyat Nazirliyinin bütün aidiyyatı qurumlarına, Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq lisenziyasız fəaliyyət göstərən şirkətlər ilə bağlı bir tədbir görülmür.
"Dövlətin ən ali orqanları qalıb 3-4 şirkətin əlində. Bilmirik hər şikayətdən sonra həmin şirkətlər rəsmi qurumlarla məsələni necə həll edir, amma görünən odur ki, necəsə həll edə bilirlər. Bu gedişlə başqa yol qalmır. Yeganə çarə palaza bürünüb, elnən sürünməkdir. Çünki lisenziya alıb, o qədər xərc çəkməyin mənası yoxdur. Onsuz heç kim baxmır. Biz də başlayaq lisenziyasız yerlər açmağa",- Pərviz Əzimov qeyd edib.
Qeyd edək ki, karqo fəaliyyəti (sürətli poçtdaşıma) üçün lisenziya almaq tələb olunur. Karqo şirkəti xidmət göstərdiyi hər bir yer üçün lisenziya almalıdır. Bu lisenziyanı almaq da çox da rahat bir iş deyil: Rüsumlar, qanuna görə alınmalı invertarlar var, həmin obyektin xüsusi sənədləri olmalıdır və s.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)



