Azərbaycanın bəzi idxalçı şirkətləri fevralda valyuta alışını müvəqqəti təxirə salıb
Bu ilin fevral ayında Azərbaycan bankları bir sıra idxalçı müştərilərinin sifarişi ilə bağlı ilkin olaraq valyuta hərraclarında iştirak etsə də, sonradan həmin şirkətlərin valyuta alışını müvəqqəti təxirə salması ilə əlaqədar hərracdan valyuta alışını ləğv edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Son nəticədə AMB-nin ötən ay açıqladığı valyuta satışının məbləği (870,6 milyon ABŞ dolları) ilə Dövlət Neft Fondunun açıqladığı valyuta satışının məbləği (920,5 milyon ABŞ dolları) arasında fərq yaranıb.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2024-cü ilin fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Azərbaycan Mərkəzi Bank isə 2024-cü ilin Fevral ayında keçirilmiş 9 valyuta hərracında cəmi 870,6 milyon dollar tələb olduğunu və tələbin tam təmin edildiyini açıqlayıb.
© "Report", "Marja"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 28 d. əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
-
2 saat əvvəl
Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib
-
2 saat əvvəl
Qeydiyyatsız siqaret istehsalı ilə məşğul olanlar cərimələnəcək - MƏBLƏĞLƏR
-
2 saat əvvəl
Azərbaycanla Slovakiya birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verib
-
2 saat əvvəl
Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Deputat: Supermarketlərdə yüzlərlə əndrabadi adda araq növləri satılır
- 3 saat əvvəl