Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Kredit Evi” şirkətinin yeni səhmlərinə 2 investor 2 sifariş təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kredit Evi” şirkətinin yeni səhmlərinə 2 investor 2 sifariş təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

5 mart 2024-cü il tarixində Bakı Fond Birjasında “Kredit Evi” ASC-nin AZ1001021497 dövlət qeydiyyat nömrəli 400 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

Birjanın yaydığı məlumatda bildirilir ki, abunə yazılışı zamanı anderrayterə 2 investor tərəfindən 20 manat qiymətindən 2 sifariş təqdim edilib.

Reklam_3_11

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 400 min manat, yerləşdirilmiş həcmi də 400 min manat təşkil edib.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC olub.

Yerləşdirilmənin yekunlaşması ilə "Kredit Evi"nin nizamnamə kapitalı 400 min manat artaraq 402 min manata yüksəlib. 

Lombard və lizinq bazarında fəaliyyət göstərən "Kredit Evi" ASC-nin səhmdarları Əzizov Səbuhi (50%) və Hüseynov Kazımdır (50%).

05.03.2024 16:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ