Tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün DÖVLƏT PROQRAMI

2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6000 hektara, tütün istehsalının 12 min tona çatdırılmasına nail olunması hədəflənir.
Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün DÖVLƏT PROQRAMI
1. Giriş
Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.
2. Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti
Ölkənin dağlıq və dağətəyi rayonlarının torpaq-iqlim şəraiti tütün sənayesinin tələbatına uyğun, beynəlxalq standartlara cavab verən keyfiyyətli tütün yetişdirilməsinə və ildə 50-60 min ton tütün istehsal olunmasına imkan verir.
Tütünçülüyün hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, tütün və tütün məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi məqsədilə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 2001-ci il 8 iyun tarixli 138- IIQ nömrəli Qanunu qəbul edilmişdir.
Son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştlər və subsidiyalar, həmçinin bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu ilədək, torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi ölkədə tütünçülüyün inkişafına təkan vermişdir.
Bununla yanaşı, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli Sərəncamına əsasən, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya müəyyən edilmişdir.
Dövlət Proqramı ölkədə bu istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə təkan verəcəkdir.
3. Dövlət Proqramının məqsəd və vəzifələri
Dövlət Proqramının məqsədi tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.
Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
-tütünün istehsalı, ilkin emalı və son məhsulun ölkədə istehsalınıngenişləndirilməsi;
-tütün əkini sahələrinin genişləndirilməsi və məhsuldarlığınartırılması;
-yeni məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarının yaradılması;
- tütün toxumçuluğu təsərrüfatlarının yaradılmasının dəstəklənməsi;
- tütünçülüyün infrastruktur təminatının yaxşılaşdırılması;
- tütünçülüyün elmi təminatının və kadr potensialının daha da gücləndirilməsi;
-tütün istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;
- tütün istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;
- tütünçülük məhsullarının ixracının təşviqi;
- idxaldan asılılığın minimum səviyyəyə endirilməsi;
- tütünçülük məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafınındəstəklənməsi;
2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla,- əkin sahələrinin 6000 hektara, tütün istehsalının 12 min tona çatdırılmasına nail olunması.
4. Tütünçülüyün inkişafının əsas istiqamətləri
Azərbaycanda tütünçülüyün inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- tütünçülüyün inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi;
- tütünçülük sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;
- tütünçülük sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi;
- tütün emalı potensialının gücləndirilməsi;
- tütünçülüyün infrastruktur təminatının yaxşılaşdırılması;
- tütünçülükdə marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi.
5. Dövlət Proqramının maliyyələşmə mənbələri
Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
- dövlət büdcəsi;
- büdcədənkənar fondlar;
- Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti;
- yerli və xarici investisiyalar;
- qanunla qadağan olunmayan digər mənbələr.
6. Dövlət Proqramının icrasından gözlənilən nəticələr
Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda tütünçülük ənənələrinin bərpa olunmasına, tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılmasına, tütün və tütün məmulatı məhsullarının ixracının və tütünçülüklə bağlı digər sahələrin inkişafına mühüm töhfə verəcəkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 1 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün sonra
-
21 d. əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
27 d. əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
38 d. əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
42 d. əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
-
1 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
-
1 saat əvvəl
Bu ilin 6 ayında Azərbaycanda 12 mindən çox boşanma halları qeydə alınıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər

Azərbaycada 280 min nəfər işsiz əhali var
Ən çox oxunanlar

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!

"Regionlarda baytar və özəl baytarların işlərinə də nəzarət yoxdur"
