Kristina Doroş Azərbaycan və 16 digər ölkə üzrə Visa-nın regional bölməsinə rəhbər təyin olundu
Rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti Ukrayna, Gürcüstan, MDB və Cənubi-Şərqi Avropa (CŞA) ölkələri bazarlarında yeni təyinatı elan etdiVisa, 17 ölkəni əhatə edən böyük region üzrə Baş vitse-prezident və Regional menecer vəzifələrinə xanım Kristina Doroşu təyin edib.
Marja.az xəbər verir ki, Doroş, şirkətin Mərkəzi Asiya və Azərbaycanda biznes fəaliyyətini istiqamətləndirməyə davam etməklə yanaşı, Cənubi və Şərqi Avropa, Qafqaz, Ukrayna və Moldova regionunda Visa-nın fəaliyyəti və strateji inkişafına cavabdeh olacaq.
Kristina Doroşun dünyanın aparıcı maliyyə müəssisələrində 20 ildən çox iş təcrübəsi var. 2016 ildə Visa-ya qoşularaq o, əsas (debit, kredit və premium) kart məhsulları, sədaqət proqramlarının işlənilməsi, rəqəmsal həllər və ödəyici təşəbbüsü ilə ödənişlər (push payments) istiqamətlərini əhatə edən regional komandaya rəhbərlik etməyə başlayıb.
Yeni təyinatı şərh edərək, Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üzrə prezidenti Əndryu Torre bunları söyləyib: “Kristinanı Ukrayna, Gürcüstan, MDB və CŞA ölkələri regionunun yeni başçısı qismində salamlamağa çox şadıq. 20 ildən artıq maliyyə sektoru təcrübəsinə, o cümlədən Visa-da 9 illik iş stajına malik Kristinanın zəngin liderlik səriştəsi ödəmələrdə innovasiyaları sürətləndirməyə kömək edəcək. İnanılmaz tərəqqi və olduqca geniş imkanlarla səciyyələnən hazırkı dövrdə Krisitina, iddialı yerli komandalarımızla birgə, bazarın böyüməsinə və strateji dövlət və özəl tərəfdaşlıqların inkişafına doğru təsirli irəliləyişlərə imza atacaq.”
“Visa biznes əməliyyatları üçün böyük məsuliyyəti qəbul edərək, daha geniş miqyasda müştəri və tərəfdaşlarımızla sıx işbirliyi qurmağa, regionda yenilikçi ödəmə həllərinin sayını artırmağa və Visa-nın innovativ şəbəkəsi vasitəsilə sürətli, təhlükəsiz və rahat pul hərəkətini təmin etməyə səy göstərəcəm”, – deyərək Kristina Doroş, Visa-nın Ukrayna, Gürcüstan, MDB və CŞA regionunda baş vitse-prezidenti və regional meneceri qeyd edib.
Visa rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)




.jpg)
