ADY-də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Polad zəriflər” adlı tədbir keçirildi
(®) “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Polad zəriflər” adlı tədbir keçirib. 6 mart tarixində Azərbaycan Dəmiryol Muzeyində baş tutan tədbirdə şirkətin 100-dən çox qadın əməkdaşı və ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış mütəxəssislər iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADY-nin Kommunikasiya departamentinin müdiri Aybəniz İsmayılova 143 illik tarixə malik Azərbaycan dəmir yollarında öz əməyi ilə seçilən qadınları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd qadınlara karyeralarında inamla addımlamaları üçün dəstək göstərməkdir.
Bu gün qadınlar dəmir yolu sənayesinin innovativ inkişafına mühüm töhfə verir, əməliyyat və texniki vəzifələrdən tutmuş yüksək rəhbərliyə qədər bütün strukturlarda təmsil olunurlar.
Tədbirdə çıxış edən insan resurslarının idarə edilməsi üzrə beynəlxalq ekspert Gülzar Quliyeva qadınların liderlik keyfiyyətlərindən bəhs edib və dəmiryolçu xanımların suallarını cavablandırıb.
Daha sonra çıxış edən ADY-nin Sərnişin daşımaları departamentinin xidmət rəisi Təranə Bədəlova dəmiryol sahəsindəki 40 illik karyera yolu və həyat təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Dünya Bankının gender bərabərliyi üzrə baş məsləhətçisi Şəms Mustafayeva dəmir yollarında qadınlar üçün yaradılmış peşəkar imkanlardan danışıb, həkim radioloq Aynur Xanməmmədova isə qadınlara sağlamlıqla bağlı məsləhətlərini verib.
Tədbir ifaları ilə sosial mediada məşhurlaşan Sumqayıt məktəblisi Nuray Şahsuvarlının musiqili çıxışı ilə davam edib.
Günümüzdə 2 mindən çox qadın əməkdaşın çalışdığı ADY cəmiyyətdə bərabərlik prinsiplərinə xüsusi önəm verərək dəmir yollarında fəaliyyət göstərən hər kəsin eyni imkanlara sahib olmasını, onların şəxsi həyat və iş balansının qorunmasını təmin edir. Bu da dəmiryolçu peşələrini qadınlar üçün daha əlçatan və cəlbedici edir.
Eyni zamanda şirkət tərəfindən davamlı olaraq dəmir yollarında çalışan qadınların peşəkar inkişafını dəstəkləmək və karyeralarını yüksəltmək üçün təlim proqramları təşkil edilir.
Qadın dəmiryolçularımız bundan sonra da öz bilik və bacarıqları, əzmkarlıqları və yüksək peşəkarlıqları ilə nəqliyyat sahəsinin inkişafına dəyərli töhfələrini verəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
18 saat əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
18 saat əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
18 saat əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 18 saat əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ