Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva Tərəqqi medalı ilə təltif edildi
Prezident İlham Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup Azərbaycan qadınının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva “Tərəqqi” medalı ilə təltif edilib.
Sevda Haqverdiyeva 9 aprel 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini 1984–1994-cü illər ərzində 53 saylı tam orta məktəbdə alıb. Bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində başa vurub. Ali təhsilini qırmızı diplomla bitirən Sevda Haqverdiyeva əmək fəaliyyətinə “Union Texas Azerbaijan Services” (UTAS) neft şirkətində menecer kimi başlayıb. 2000-2019-cü illər ərzində Azercell Telecom MMC-də müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildə fəaliyyətini Kapital Bank ASC-nin İnsan Resursları Departamentində menecer kimi davam etdirib. Hazırda Kapital Bank ASC-nin Daxili Kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışır. 2020-ci ilin dekabr ayında “Qırmızı Ürəklər” Fondunun prezidenti təyin edilib.
Xatırladaq ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
7 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
9 saat əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 9 saat əvvəl
-
9 saat əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
9 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb - MÜSAHİBƏ
-
10 saat əvvəl
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlimlərə qeydiyyat üçün son 3 gün!