Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda bu ərazi avtomobilsiz zonaya çevrilir - AÇIQLAMA

“28 May” metrosu qarşısında avtomobillərin hərəkətinin məhdudlaşdırılması şərh edildi: Bu ərazidən gün ərzində 13 müxtəlif marşrut üzrə 1237 dəfə avtobus keçir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda bu ərazi avtomobilsiz zonaya çevrilir - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) sabahdan Bakının əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını şərh edib.

Nazirlikdən verilən məlumata görə, Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib.

Qeyd edilib ki, məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat HUB-nın yaradılması, ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır.

Qərarın icrası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçiriləcək.  

"Martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri fəaliyyətini dayandırır.  Qeyd edək ki, bu ərazidən gün ərzində 13 müxtəlif marşrut üzrə 1237 dəfə avtobus keçir. Bakının ən böyük piyada axını olan küçələrindən biri – Puşkin küçəsindən günün pik saatlarında minlərlə insan istifadə edir. Avtomobillərin sıxlığı səbəbindən piyadaların təhlükəsiz hərəkəti müşkülə çevrilir. Şəhər mərkəzinin küçə parklanma yeri kimi istifadəsi səmərəsizdir. Bu nəqliyyat qovşağında piyada keçidləri yalnız yerin altında təşkil edilib. Bu da o deməkdir ki, xeyli sayda insanın keçdiyi ərazidə hərəkət prioriteti məhz avtomobillərə verilib. Nəqliyyatın bir növünün digərinə keçdiyi bu ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin yaradılması zəruridir.

 

Həyata keçirilən tədbirlər mövcud nəqliyyat qovşağının təkmilləşdirilməsi, ətraf ərazidə parkların, çoxsaylı ticarət və iaşə obyektlərinin yerləşdiyini nəzərə alaraq piyadaların rahatlığının və təhlükəsizliyinin təmin olunması, eləcə də Bakının polisentrik (çoxmərkəzli) inkişaf etdirilməsi üzrə görülən işlərin tərkib hissəsidir",- məlumatda bildirilir.

11.03.2024 16:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ