Bank Olmayan Kredit Təşkilatı ötən il faiz gəlirlərini artırıb, ili mənfəətlə başa vurub
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2023-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az təşkilatın maliyyə hesabatına xəbər verir ki, “KredAqro” BOKT-ın faiz gəlirləri 2023-cü ildə 2022-ci illə müqayisədə 357 min manat və ya 32,2% artaraq 1 milyon 466 min manat təşkil edib. Təşkilat 2022-ci ildə 1 milyon 109 min manat faiz gəlirləri əldə etmişdi.
Ötən il “KredAqro”nun cəmi gəlirləri 2 milyon 288 min 507 manat, cəmi xərcləri 2 milyon 201 min 29 manat, xalis mənfəəti 87 min 478 min manat təşkil edib. “KredAqro” BOKT 2022-ci ili 284 min 81 manat xalis mənfəət ilə bağlamışdı. Ötən il xalis mənfəətin azalması faiz xərclərinin artması, kredit zərərləri üzrə ehtiyata ayırma və işçi heyəti üzrə xərclərin artması ilə əlaqədardır.
Ötən ilin sonunda “KredAqro”nun kredit portfeli (müştərilərə verilən kreditlər) 5 milyon 338 min manat təşkil edib. 2022-ci ilin sonunda təşkilatın kredit portfeli 5 milyon 316 min manat olmuşdu.
31 dekabr 2023-cü il tarixində “KredAqro” BOKT MMC 8 milyon 574 min manat cəmi aktivlərə malik olub.
2000-ci ildən etibarən fəaliyyət göstərən “KredAqro” BOKT MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə müştərilərinin xidmətindədir və 23 illik təcrübəsi ərzində müxtəlif dövrlərdə BOKT-lar arasında lider mövqelərdə yer almışdır. Təşkilat öz müştərilərinə biznes, şəxsi istehlak, biznes, kənd təsərüffatı, lizinq və lombard kreditlərini təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 d. əvvəl
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb - MÜSAHİBƏ
- 13 d. əvvəl
-
23 d. əvvəl
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlimlərə qeydiyyat üçün son 3 gün!
-
27 d. əvvəl
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
-
56 d. əvvəl
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək
-
1 saat əvvəl
200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 5 milyon kredit cəlb etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl