“CPM İnvest İnvestisiya Şirkəti”nin gəliri və mənfəəti artıb
“CPM İnvest İnvestisiya Şirkəti” ASC 2023-ci ili 1 milyon 642 min manat xalis mənfəət ilə başa vurub. ASC 2022-ci ili 1 milyon 261 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “CPM İnvest"in xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 381 min manat və ya 30,2% artıb. “CPM İnvest İnvestisiya Şirkəti” 2021-ci ili 433 min manat xalis mənfəət ilə yekunlaşdırmışdı.
Marja.az xəbər verir ki, 2023-cü ildə “CPM İnvest İnvestisiya Şirkəti”nin cəmi investisiya xidmətləri üzrə gəlirəri 3 milyon 554 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 501 min manat, əməliyyat mənfəəti isə 2 milyon 53 min manat təşkil edib. Şirkət ötən il üzrə 410 min manat mənfəət vergisi ödəyib.
"CPM İnvest İnvestisiya Şirkəti”nin gəlirləri 2021-ci ildə 1 milyon 26 min manat, 2022-ci ildə 2 milyon 440 min manata təşkil etmişdi. Beləliklə, “CPM İnvest"in gəlirləri 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 114 min manat və ya 45,6% artıb.
"CPM İnvest İnvestisiya Şirkəti" ASC 2021-ci ilin 15 Aprel tarixində lisenziya alaraq fəaliyyətə başlayıb.
"CPM İnvest İnvestisiya Şirkəti" ASC-nin nizamnamə kapitalının 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
26 d. əvvəl
Azərbaycanın enerji tikinti şirkəti investisiyanın cəlb olunması məqsədilə əlavə səhmlər buraxır
-
33 d. əvvəl
Rabitəbank ABŞ-nin "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib
-
51 d. əvvəl
Nazirlər Kabineti dəmiryol nəqliyyatı təyinatlı torpaqlar ilə bağlı qərar qəbul edib
- 52 d. əvvəl
-
1 saat əvvəl
Borcların yığılması üzrə xidmətlər göstərən şirkətin qazancı kəskin artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azenco” ASC-nin ümumi yığıncağı keçirilib, 1-ci müavin vəzifəsində dəyişlik olub
-
3 saat əvvəl
Bazarda ciddi nöqsanlar aşkarlanıb, məhdudlaşdırıcı qərar qəbul edilib
- 3 saat əvvəl
- 4 saat əvvəl