Holdinq xarici ölkələrə səfərlərin təşkilini "Baku Holiday" şirkətinə sifariş etdi
Azərbaycan İnvestisiya Holdinqinin əməkdaşlarının 2024-cü ildə xarici ölkələrə səfərlərini "Baku Holiday" şirkəti təşkil edəcək.
Marja.az xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqi "Baku Holiday" MMC ilə məbləği 122 min 672 manat olan müqavilə imzalayıb.
Müqavilə Azərbaycan İnvestisiya Holdinqinin əməkdaşlarının 2024-cü il ərzində xarici ölkələrə səfərləri ilə əlaqədar aviabiletlərin alınması və digər ezamiyyə xidmətlərinin təşkili, eləcə də ölkəmizə səfər edəcək xarici nümayəndə heyəti ilə işgüzar görüşlərin təşkili xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Müqaviləyə əsasən 45 hava sərnişindaşıma nəqliyyatı üzrə gediş-dönüş aviabiletləri, 45 səfər sığortası, 45 viza, 22 transfer xidməti (hava limanı-hotel, və ya tədbir məkanı – hava limanı) alınacaq. Həmçinin Azərbaycana gələcək əcnəbi nümayəndə heyəti ilə işgüzar görüşlərin təşkili üzrə 10 viza və 10 səfər sığortası alınacaq.
Baku Holiday Travel 2013-cü ildən müştərilərinə dünyanın bütün istiqamətlərinə səyahət xidmətləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
7 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
8 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
8 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb





















