Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Avto-icbari sığorta üzrә xidmətin aşağı, orta və yüksək olduğu şirkətlər açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avto-icbari sığorta üzrә xidmətin aşağı, orta və yüksək olduğu şirkətlər açıqlandı

Mərkəzi Bank Mart 2023 - Fevral 2024 dövrü üzrə "Avto-icbari sığorta üzrә şikayәt indeksi"ni açqıqlayıb.

Marja.az İndeksə istinadən xəbər verir ki, yuxarı şikayәt indeksində "Xalq Sığorta" ASC, "Bakı Sığorta" ASC və "AtaSığorta" ASC yer alıblar.

Orta şikayәt indeksində “Atəşgah Sığorta” ASC,  aşağı şikayәt indeksində “Paşa Sığorta” ASC, "Meqa Sığorta" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC və "Qala Sığorta" ASC qərarlaşıblar. 

QEYD: Avto-icbari sığorta üzrә şikayәt indeksi vәtәndaşların bu növ üzrә sığorta xidmәtlәrini әldә edәrkәn seçim etmәlәrinә dәstәk göstәrilmәsi mәqsәdilә hesablanılır vә yayımlanır. Şikayәt indeksinin hesablanmasında beynәlxalq sәviyyәdә istifadә olunan metodologiyaya әsaslanaraq avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi mәhdudlaşdırılmış “AZSIĞORTA” ASC-nin, "İpәk Yolu Sığorta"ASC-nin, "A-Qroup Sığorta" ASC-nin vә lisenziyası lәğv olunmuş "Günay Sığorta" ASC, “Naxçıvansığorta” ASC vә "Azәrsığorta" ASC-nin müqavilә sayları vә şikayәt sayları hesablamada nәzәrә alınmamışdır. Lakin, qeyd olunan şirkәtlәrlә bağlanılmış vә qüvvәdә olan avto-icbari sığorta üzrә mövcud müqavilәlәrlә bağlı daxil olan şikayәtlәrin tәnzimlәnmәsi Mәrkәzi Bank tәrәfindәn әvvәlki qaydada davam etdirilir.

Şikayәt indeksinin metodologiyası: Müvafiq şikayәt indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadә olunmuşdur:

Şikayәt indeksi = Şikayәtlәr üzrә bazar payı/ Bağlanan müqavilәlәr üzrә bazar payı

Şikayətlər üzrə bazar payı -müvafiq sığortaçı üzrә şikayәtlәrin ümumi şikayәtlәrә nisbәti,

Bağlanılan müqavilələr üzrə bazar payı -müvafiq sığortaçı üzrә bağlanan müqavilәlәrin sayının ümumi müqavilәlәrin sayına nisbәti.

Şikayәt indeksinin izahı: İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

14.03.2024 16:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ