Dərmanların qiymət və keyfiyyətindən şikayətlər bitmir...
Keçən ilin iyulunda Azərbaycanda "Dərman preparatları haqqında" Qanuna dəyişikliklər edildi. O vaxt bildirilmişdi ki, həmin dəyişikliklər qiymətlərin optimallaşdırılmasına, keyfiyyətsiz dərmanların qarşısının alınmasına xidmət edəcək.
Lakin son zamanlar ölkədə dərmanların qiymətinin daha da artması, bəzi dərmanların heç tapılmamaması, əvəzləyicilərin isə iki-üç dəfə baha olması ilə bağlı şikayətlər eşidilir. Bakıda yaşayan Nazilə Məmmədova (ad şərtidir) bildirib ki, apteklərdə bir il əvvəl damaq və ağız boşluğu üçün 8-10 manata satılan məhlul tapılmır: "Onu axtarıb apteklərdən birində tapdım. Qiyməti isə dəhşət baha dedilər – 24 manat. Mən təqaüdçü adamam, ona görə 24 manat verə bilmərəm".
Ötən il Tarif Şurası dərman qiymətlərinin yuxarı həddini müəyyənləşdirmişdi. Bildirilmişdi ki, bu, qiymətlərin enməsinə səbəb olacaq.
Nazirlər Kabinetinin 2023-cü il üzrə hesabatında bildirilir ki, ən çox satılan 105 dərman vasitəsi üzrə apteklərdə monitorinqlər aparılıb. Əlavə olunduğuna görə, dərman vasitələrinin idxalı, topdan və pərakəndə satışı sahəsində yüksək bazar payına malik olan şirkətlərdən toplanılmış məlumatlar əsasında müvafiq təhlillər aparılaraq təkliflər hazırlanıb. Hələlik, təkliflərin detalları açıqlanmayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvarında ölkədə 2.4 milyon manatlıq dərman istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 1.5 milyon manat və ya 2.8 dəfə artıb. Lakin daxili istehsal tələbatın çox kiçik bir hissəsini təmin edir. 2023-cü ilin yanvar-dekabrında Azərbaycana 560 milyon 837 min dollar dəyərində 26 min 45 ton əczaçılıq məhsulları idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci illə müqayisədə dərman idxalı dəyər ifadəsi ilə 92 milyon 99 min dollar (14.1 faiz), miqdar ifadəsi ilə 428 ton (1.6 faiz) azalıb.
Keyfiyyətə gəlincə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, bu məsələyə daim nəzarət edilir: "Azərbaycana daxil olan hər bir dərman vasitəsinin nümunələri götürülür və həmin nümunələrin parametrləri Mərkəzin ixtisaslaşmış laboratoriyası tərəfindən yoxlanılır".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı düşünür ki, "Dərman vasitələri haqqında" Qanuna edilən dəyişikliklərdən sonra ölkədə dərman təchizatında vəziyyət müsbətə doğru dəyişib.
"Dünyanın heç bir yerində dərmanları ölkəyə dövlət gətirmir. Sərf etmir deyə, tələbat az olan dərmanları sahibkarlar ya gətirmir, ya da az gətirir. Məhz ona görə bəzi dərmanlar tapılmır", - o, bildirib.
Amma deputatın sözlərinə görə, neqativ hallara da rast gəlinir: "Ən mükəmməl qanun qəbul olunsa da, bu olacaq. Fürsətçilər hər zaman olub, onlar da çalışır ki, dərmanları iki-üç dəfə baha satsın".
M.İbrahimqızı hesab edir ki, bu halların azalması üçün mütləq ictimai nəzarət olmalıdır: "Jurnalistlər, qeyri-hökumət təşkilatları bu halları araşdırıb ictimailəşdirməlidir ki, fürsətçilərə qarşı müvafiq addımlar atılsın".
Həkim-radioloq Aydın Əliyev isə AzadlıqRadiosuna bildirib ki, qanuna dəyişiklərdən sonra dərmanların qiymət və keyfiyyəti baxımından müsbət dəyişikliklər hiss olunacaq qədər deyil: "Yenə də dərman preparatları baha satılır, yenə də keyfiyyətdən şikayətlər var. Ölkəyə dərmanları idxal edənlərin əksəriyyəti monopolistdir və burada sağlam rəqabət yoxdur".
Ekspertin fikrincə, iş adamlarına şərait yaradılmalıdır ki, onlar dərman zavodları ilə əlaqə qurub məhsulları daha ucuz qiymətə ölkəyə gətirsinlər: "Bunun üçün azad rəqabət lazımdır. Təəssüf ki, biz bunu görmürük".
Onun sözlərinə görə, keyfiyyətə də ciddi nəzarət olunmalıdır: "Dərmanların hamısının qablanmanın üstündə yazılan tərkiblə uyğun gəlib-gəlmədiyi laboratoriya şəraitində yoxlanmalıdır. Yalnız ondan sonra onun satışına icazə verilməlidir. Növbəti etapda isə depolarda və apteklərdə dərmanların saxlanmasına ciddi nəzarət edilməlidir. Saxlanma şəraiti standartlara uyğun olmasa, bu, dərmanların keyfiyyətinə təsir edə bilər".
Mövzu ilə bağlı dərman idxalı ilə məşğul olan şirkətlərlə danışmaq mümkün olmayıb.
© "Turan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
-
25 d. əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
""Azərbaycan Dəmir Yolları" 2030-cu ilə qədər 20 qatar almağı planlaşdırır"
-
1 saat əvvəl
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
-
1 saat əvvəl
Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB
-
1 saat əvvəl
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
-
1 saat əvvəl
Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
Ən çox oxunanlar
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşüb
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Buğda qiymətlərində artım başlayıb
Azərbaycan neftinin son qiyməti





.jpg)
.jpg)









.jpg)







