Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

29 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri:

Reklam_3_11

Dövlət istiqrazının növü:Kuponlu, ortamüddətli dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu: AZ0201070080

Emissiya həcmi: 150 000 000 manat

Nominal dəyəri: 100 manat

İstiqrazların tədavül müddəti: 728  gün

Faiz ödənişləri (olduqda):27 sentyabr 2024-cü il, 28 mart 2025-ci il 26 sentyabr 2025-ci il, 27 mart 2026-cı il

Faiz gəliri% 6 %

Ödəmə tarixi: 27.03.2026

Anderrayter: “PAŞA Kapital İŞ” QSC

     

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

27.03.2024 15:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ