Volvo Cars dizel avtomobillərinin istehsalını dayandırıb
2030-cu ilə qədər şirkət tamamilə elektromobillərin istehsalına keçəcək.Volvo Cars martın 26-da Göteborqda konveyerdən çıxan sonuncu dizel mühərrikli XC90 SUV avtomobilini təqdim edib.
Marja xəbər verir ki, şirkət 2030-cu ilə qədər tamamilə elektromobillərin istehsalına keçəcək.
Volvo Cars 2023-cü ilin sentyabrında dizel avtomobillərinin istehsalını dayandırdıracağını elan etmişdir.
Şirkətin baş direktoru Jim Rowan bildirib: "Elektrik güc aqreqatları bizim gələcəyimizdir, onlar daxili yanma mühərriklərindən üstündürlər: onlar daha az səs-küy, daha az vibrasiya, müştərilərimiz üçün daha az texniki xidmət xərcləri və sıfır emissiya deməkdir".
Onun sözlərinə görə, şirkət hazırda iqlim dəyişikliyinə reaksiyasının əsas hissəsi olan geniş premium elektrik avtomobilləri portfelinin yaradılmasına diqqət yetirir.
Volvo Cars-ın sahibi 2010-cu ildə İsveç minik avtomobili istehsalçısını Ford Motor-dan 1,8 milyard dollara satın alan Çin holdinqi Zhejiang Geely Holding-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 14 saat əvvəl
-
17 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
17 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
18 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
19 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır