“Veysəloğlu” müharibə iştirakçısı əməkdaşlarına və şəhid ailələrinə qayğısını davam etdirir
İkinci Qarabağ müharibəsində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərib. Onların şücaəti dövlət tərəfindən qiymətləndirilib və daim diqqətdə saxlanılır. Şirkətlər qrupu da öz növbəsində şəhid əməkdaşların ailələrini, qazi və müharibə iştirakçısı olan əməkdaşlarını daim diqqətdə saxlayır, onları qayğı ilə əhatə edir.
Vətən müharibəsində Veysəloğlu Şirkətlər Qrupunun ümumilikdə 637 əməkdaşı iştirak edib. Onlardan 12 nəfəri torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub, 1 nəfər itkin düşüb. İtkin düşən əməkdaşa sonradan şəhid statusu verilib.
Şirkətlər Qrupu tərəfindən müharibə dövründə cəbhə bölgəsində olan əməkdaşların iş yeri və əmək haqqı saxlanılıb. Müharibədə iştirak edən qazi və müharibə veteranları yenidən fəaliyyətlərini davam etdiriblər. Şəhid olmuş əməkdaşların əmək haqqı saxlanılıb və bu günədək ailələrinə ödənilir. Həmçinin daha əvvəl şirkətdə çalışan 2 şəhid də şəhid əməkdaş statusunda dəyərləndirilib və ailəsinə maddi yardım edilir.
Hazırda Veysəloğlu Şirkətlər Qrupunda 500 nəfərə yaxın müharibə iştirakçısı fəaliyyət göstərir. Onlardan 76 nəfəri qazi statusundadır.
Veysəloğlu Şirkətlər Qrupunun özəl klinikalarla mövcud müqaviləsinə əsasən döyüşlərdə iştirak edərək xəsarət almış və müalicəyə ehtiyacı olan əməkdaşlar, həmçinin onların ailə üzvlərinə ödənişsiz tibbi xidmət göstərilir.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu “Araz” supermarket və “Oba” və marketlər şəbəkəsini, “Veysəloğlu Distribusiya”, “Vesta-Horeka” distribusiya şirkətlərini, “Ulduz” şokolad fabrikini, “Xonça” istehsal fabrikini, “Entree Azərbaycan” və “Rossmann Azərbaycan”ı özündə birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
23 saat əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
23 saat əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ