Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq və haqqı alınacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq və haqqı alınacaq

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq.

Bu, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Reklam_3_11

Layihəyə əsasən, bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

Layihəyə əsasən, dəniz limanlarının fəaliyyətinin təmin edilməsi məqsədləri üçün süni torpaq sahələrinin yaradılması və onların istifadəsinin xüsusiyyətləri “Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənəcək.

Xəzərdə süni torpaq sahəsinin yaradılması ilə bağlı icarə haqqı ödəniləcək

Xəzər dənizinin Azərbaycan hissəsində süni torpaq sahəsinin yaradılması ilə bağlı icarə haqqı ödəniləcək.

Bu, parlamentdə yeni daxil olan “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Yeni qanun layihəsinə əsasən, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Qanun layihəsinin tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün müraciət edilmə qaydası məlum olub

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması üçün müraciət edilmə qaydası məlum olub.

Bu, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, aidiyyəti dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər süni torpaq sahəsinin yaradılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilərlər.

Müraciətdə süni torpaq sahəsinin yaradılması üçün ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yer, ölçüsü, süni torpaq sahəsinin yaradılması məqsədi, Üzərində inşa ediləcək tikin tikinti obyektlərinin təyinatı və növü, süni torpaq sahəsinin yaradılması və tikinti obyektlərinin inşası ilə bağlı işlərin başa çatma müddəti göstərilir.

Müraciətə aşağıdakı sənədlər və məlumatlar əlavə edilməlidir:

- süni torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyəti ilə bağlı "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq müfəssəl planların hazırlanması üçün lisenziyası olan layihəçinin hazırladığı süni torpaq sahəsinin baş planı (ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yer, ölçüsü, yaradılması nəzərdə tutulan süni torpaq sahəsinin forması, sayı, o cümlədən sahilboyu zolaqla bitişik olan süni torpaq sahələrinin sayı və planlaşdırılan sərhədlərin cizgiləri, onların ölçüsü, ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı, inşa ediləcək tikinti obyektlərinin təyinatı, növü və hündürlüyü göstərilməklə):

- "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada layihə sənədlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (MTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağına bitişik yaradılması və tikinti obyektlərinin süni torpaq sahəsi ilə yanaşı həmçinin sahilboyu zolaqda tikintisi nəzərdə tutulduğu hallarda bu qanunda göstərilən müraciətdə həmçinin bu məqsəd üçün ayrılmalı olan sahilboyu zolağın altında olan torpaq sahəsinin ölçüsü göstərilməlidir. Bu zaman bu qanunda nəzərdə tutulan baş planda göstərilən məlumatlarda həmçinin sahilboyu zolaqda yerləşən torpaq sahəsi haqqında məlumatlar da əks edilməlidir.

Müraciətdə və ona əlavə olunan sənədlərdə (məlumatlarda) aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı yazılı, o cümlədən elektron qaydada müraciət edənə (bundan sonra sifarişçiyə) göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar sifarişçiyə eyni zamanda bildirilməlidir. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan en gəci 20 iş günü müddətində aradan qaldırmalıdır. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sifarişçini yazılı, o cümlədən elektron qaydada 2 günü müddətində məlumatlandırmaqla müraciətin baxılmamış saxlanılması barədə qərar qəbul edir. Sifarişçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkrar müraciət edə bilər.

Müraciətdə və ona əlavə olunan sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakıları yerinə yetirir:

- müraciətə əlavə olunmuş süni torpaq sahəsinin baş planının ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olub-olmaması barədə en geci 15 iş günü müddətində rəy verilməsini,

- bu Qanunun 4.6.1-ci maddəsində nəzərdə tutulan rey müsbət olduğu təqdirdə 2 iş günü müddətində süni torpaq sahəsinin yaradılması üçün ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yeri, onun ölçülərini, sərhədlərini, habelə döngə nöqtələrinin koordinatlarını, yaradılması başa çatdıqdan sonra süni torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı haqqında qeydlərini əks etdirən yerquruluşu planının sifarişçinin vəsaiti hesabına hazırlanması və ayrılmalı su fondu torpaq sahəsinə, eləcə de yaradılması nəzərdə tutulan süni torpaq sahəsinə hesablanan icarə haqqının məbləği haqqında arayış verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu göndərilməsini. Sorğuya barəsində müsbət rəy verilmiş süni torpaq sahəsinin baş planının sürəti əlavə olunur, habelə sorğuda planlaşdırılan tikinti obyektlərinin təyinatı və növündən asılı olaraq yaradılması başa çatdıqdan sonra süni torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı barədə təklif göstərilir,

- yuxarıda nəzərdə tutulan yerquruluşu planı təqdim olunduğu gündən 2 iş günü müddətində süni torpaq sahəsinin yaradılması üçün ayrılması nəzərdə tutulan su fondu torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sifarişçinin vəsaiti hesabına aparılan mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatın hazırlanmasının təşkilini və həmin hesabata dair rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu göndərilməsini,

- yuxarıda nəzərdə tutulan rəylər müsbət olduğu təqdirdə sonuncu rəy təqdim olunduğu gündən 2 iş günü müddətində süni torpaq sahəsinin yaradılması təklifi ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəy bildirilməsi üçün sorğu göndərilməsini.

Nəzərdə tutulan rəy ən geci 1 ay müddətində bildirilməlidir. Bu müddət ərzində rey bildirilmədikdə, müsbət rəy verilmiş hesab olunur.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanuna əsasən rəy bildirildiyi və ya bildirilmiş hesab olunduğu gündən en gəci 5 iş günü müddətində həmin müraciəti bu Qanunda göstərilən sənədlərlə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) süni torpaq sahəsinin yaradılması ilə bağlı bu Qanuna uyğun olaraq təqdim edilən müraciətlə bağlı süni torpaq sahəsinin yaradılması təklifinin qiymətləndirilməsi, o cümlədən süni torpaq sahəsinin yaradılmasının və həmin torpaq sahəsində inşa olunacaq tikinti obyektlərinin xüsusiyyətlərindən irəli gələrək onun milli təhlükəsizliyə, ətraf mühitə, dəniz gəmiçiliyinə, su fondu torpaqlarından iqtisadi (təsərrüfat) ehtiyacları üçün istifadəyə mümkün təsirinin qiymətləndirilməsi məqsədilə təklifi aidiyyəti dövlət orqanlarına (qurumlarına), müvafiq bələdiyyələrə göndərə, habelə digər tədbirlər görə bilər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanuna uyğun olaraq təqdim edilən müraciətlə bağlı ən geci 2 ay müddətində süni torpaq sahəsinin yaradılması təklifini araşdırdıqdan sonra, təklifi tam və ya qismən nəzərə almaqla, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin, bu Qanunda nəzərdə tutulduğu hallarda həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsinin ayrılması, yaxud ayrılmasından imtina barədə qərar qəbul edir.

Süni torpaq sahəsinin ayrılması barədə qərara süni torpaq sahəsinin yaradılması üçün ayrılmış su fondu torpaq sahəsinin, bu Qanunda nəzərdə tutulduğu hallarda həmçinin ayrılmış sahilboyu zolağın altında olan torpaq sahəsinin nəzərdə tutulan yerquruluşu planı əlavə olunur.

Xəzərdə yaradılan süni torpaq sahəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək

Xəzər dənizində yaradılan süni torpaq sahəsinin və ya onun bir hissəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək.

Layihəyə əsasən, bu Qanuna uyğun olaraq süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsi sifarişçi hüquqi və ya fiziki şəxs olduqda icarə hüququ ilə, sifarişçi dövlət orqanı (qurumu) olduqda isə istifadə hüququ ilə ayrılır.

Süni torpaq sahəsinin yaradılması ilə bağlı tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq başa çatdıqda yaranmış süni torpaq sahəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsində müəyyən olunmuş torpaq sahəsi statusuna malik olur və süni torpaq sahəsi haqqında məlumatlar torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada dövlət torpaq kadastrına daxil edilir.

Süni torpaq sahəsi onun yaradılması başa çatdığı gündən dövlət mülkiyyəti hesab edilir. Süni torpaq sahəsinin və ya onun bir hissəsinin özgəninkiləşdirilməsinə yol verilmir.

Süni torpaq sahəsi haqqında məlumatlar bu Qanuna uyğun olaraq dövlət torpaq kadastrına daxil edildiyi gündən:

- Həmin torpaq sahəsi (süni torpaq sahəsinin baş planında dövlət mülkiyyətində olacaq infrastruktur obyektlərinin və dövlət xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan obyektlərin yerləşdiyi hissə istisna olmaqla) üzərində hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə, dövlət orqanı (qurumu) olan sifarişçinin isə istifadə hüquqları yaranır. İcarə hüququ yaranmış sifarişçi 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan torpaq icarəsi müqaviləsini bağlamalıdır;

- hüquqi və ya fiziki şəxs olan sifarişçinin süni torpaq sahəsinə görə icarə haqqı ödəmək vəzifəsi yaranır. Bu zaman sifarişçi su fondu torpaq sahəsinə görə icarə haqqı ödəməkdən azad olunur,

- qərarla ayrılmış sahilboyu zolağa və sahilboyu zolağa bitişik formada yaradılmış süni torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci hissəsinin tələbləri tətbiq edilmir. Hüquqi və ya fiziki şəxs olan sifarişçi süni torpaq sahəsində, habelə bu qanunda nəzərdə tutulduğu hallarda həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların istismarına icazə verildiyi gündən həmin bina və qurğular üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər. Sifarişçi bina və qurğulara mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı gündən onların yerləşdiyi torpaq sahəsinə görə icarə haqqı ödəməkdən azad olunur və süni torpaq sahəsinin bu Qanunun 6.1.3-cü maddəsində göstərilən kateqoriyaya və məqsədli təyinata aid edilmiş hesab olunur, kateqoriya və məqsədli təyinatı barədə məlumatlar isə dövlət torpaq kadastrına daxil edilir.

Bu Qanun nəzərə alınmaqla nəzərdə tutulmuş müddətdə süni torpaq sahəsinin yaradılması başa çatmadıqda, su fondu torpaq sahəsi üzərində hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə hüququna xitam verilmiş hesab edilir.

Yaradılması başa çatmış süni torpaq sahəsində bu Qanunun nəzərə alınmaqla bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə tikinti obyektlərinin tikintisi başa çatmadıqda, tikintisi başa çatmış və İstismarına icazə verilmiş tikinti obyektlərinin yerləşdiyi hissələr istisna olmaqla, bu Qanuna uyğun olaraq hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə hüququnun yarandığı süni torpaq sahəsi üzərində icarə hüququna xitam verilmiş hesab edilir.

Süni torpaq sahəsində dövlətə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət, icarə və istifadə, habelə süni torpaq sahəsi və ya onun hissələri üzərində icarə və istifadə hüquqlarını əldə etməkdə hüquqi və fiziki şəxs olan sifarişçi üstünlük hüququna malikdir.

Bu Qanunun yuxarıdakı müddəaları aşağıdakı hallara şamil edilmir:

- dövlətə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət, icarə və istifadə hüquqlarının infrastrukturun yaradılması və dövlət xidmətlərinin göstərilməsi ilə bağlı ötürülməsinə;

- bu Qanuna uyğun olaraq infrastrukturun yaradılması və dövlət xidmətlərinin göstərilməsi üçün ayrılmış torpaq sahələri üzərində icarə və istifadə hüquqlarının həmin məqsədlərlə ötürülməsinə.

15.04.2024 13:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ