Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ziraat Bank Azərbaycan 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ziraat Bank Azərbaycan 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ziraat Bank Azərbaycan 2024-cü ilin birinci rübünə dair maliyyə hesabatlarını rəsmi saytında yayımlayıb.

Bankın yaydığı press-relizdə bildirilir ki, hesabata əsasən Ziraat Bank Azərbaycan müsbət artım dinamikasını davam etdirərək 2024-cü ilin ilk rübünü xalis mənfəətlə başa vurub. 

Yayımlanan maliyyə hesabatlarına əsasən, Bank 2024-cü ilin ilk rübündə 4.4 mln. manat xalis mənfəət əldə edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.4 % artıqdır. Bankın əməliyyat mənfəəti də ötən ilin ilk rübü ilə müqayisədə 11% artaraq 6 mln. manatı keçmişdir. 

Dərc edilmiş hesabatlara əsasən, bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.6% artaraq 377 mln. manatı keçmişdir. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini Bankın prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil edib. Bankın depozit portfeli üzrə də əhəmiyyətli artım müşahidə edilib. Belə ki, təqdim edilən maliyyə nəticələrinə görə 2024-cü ilin ilk 3 ayında müştərilərin banka etibar etdiyi vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 26,31% artaraq 495 mln. manatı keçmişdir. 

Bankın uğurları bununla da bitmir. Belə ki, 2024-cü ilin ilk üç ayı ərzində Bankın cəmi aktivləri 16.7 % artaraq 743 mln. manata çatmışdır. Bankın cəmi kapitalı isə 4% artaraq 121 mln. manatı keçmişdir.   

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

 

Ziraat Bank Azərbaycan
17.04.2024 09:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ