Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azenco” ASC-nin ümumi yığıncağı keçirilib, 1-ci müavin vəzifəsində dəyişlik olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azenco” ASC-nin ümumi yığıncağı keçirilib, 1-ci müavin vəzifəsində dəyişlik olub

Ötən həftənin sonunda Mingəçevir şəhərində qanunvericiliyin tələblərinə uyğun olaraq “Azenco” ASC-nin ümumi yığıncağı keçirilib. 

Öncə tədbirin gündəliyinə uyğun olaraq “Azenco” ASC-nin İdarə Heyətinin sədri tərəfindən cəmiyyətin illik hesabatı (balansı) təqdim edilib və müzakirələrdən sonra yığıncaq iştirakçıları tərəfindən hesabat təsdiq edilib.

Bundan sonra maliyyə-təftiş komissiyasının hesabatı dinlənilib, Müşahidə Şurasının sədri tərəfindən hesabat təqdim edilib və cəmiyyətin maliyyə nəticələri müzakirə edilib. Nəticədə qərara alınıb ki, ehtiyac olan investisiyanın cəlb olunması məqsədilə əlavə səhmlər buraxılsın.

Sonda “Azenco” ASC-nin Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi məsələsi müzakirə edilib. Yığıncaq iştirakçılarının səsverməsi nəticəsində cəmiyyətin Müşahidə Şurasınını və İdarə Heyətinin sədr vəzifələrində hansısa dəyişiklik edilməyib. Yalnız İdarə Heyətinin sədrinin 1-ci müavini vəzifəsində dəyişlik olub.

Bununla “Azenco” ASC-nin ümumi yığıncağı işini başa vurub və cəmiyyətin rəhbərliyinə qarşıdakı fəaliyyətində uğurlar arzulanıb.

29.04.2024 16:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ