“McDonald's Azərbaycan” internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTO
(®) Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya üçün həmrəylik ili” elan edilməsi ilə əlaqədar müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə başlanılıb.
Belə layihələrdən biri də “McDonald’s Azərbaycan”ın “Care Group” ilə birgə həyata keçirdiyi “Eco-Ambassadors” təşəbbüsüdür.
Bu təşəbbüs çərçivəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə aprelin 26-da Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Tədbirdə “McDonald's Azərbaycan” şirkətinin əməkdaşları və 11 saylı inteqrasiya təlimli internat məktəbinin 100 şagirdi iştirak edib.
Aksiya çərçivəsində bir gün ərzində 200-dən çox ağac əkilib ki, bu da ətraf mühitin yaxşılaşdırılmasına mühüm töhfədir.
Bu təşəbbüs gənc nəsildə ətraf mühitə qarşı məsuliyyət hissinin inkişafına yönəlib. Aksiya iştirakçıları təbiətin qorunmasına töhfə verməklə yanaşı, ətraf mühitin mühafizəsinin gələcək nəsillər üçün əhəmiyyəti haqqında dəyərli təcrübə və biliklər əldə ediblər.
İlin sonuna qədər davam edəcək “Eco-Ambassadors” layihəsinin məqsədi yeniyetmələr arasında ekoloji maarifləndirmənin aparılması və mühüm ekoloji problemlər haqqında məlumatlılığın artırılmasıdır. Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafı ərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dair maarifləndirici seminarlar, tinglik qutularının quraşdırılması və plastik tullantıların idarə olunması üçün konteynerlərin quraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi kampaniyaları, gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanması və digər işlər həyata keçiriləcək. Bu praktiki məşğuliyyətlər yeniyetmələr arasında xüsusi bacarıqların inkişafına kömək edəcəkdir.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi daim “McDonald’s Azərbaycan” şirkətinin prioritet istiqamətləri sırasında olub və bu, onun fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Bura tullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi, plastikdən istifadənin azaldılması, daha ekoloji təmiz qablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Bu yolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)


