Şamaxıda üzüm yığımına başlanılıb - Proqnoz 14 min tondan çoxdur
Şamaxı rayonunda üzüm yığımına başlanılıb.
Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, üzüm yığımı hazırda Mədrəsə, Şəhriyar qəsəbə, Çarhan, Məlikçobanlı və bir sıra digər ərazi dairələrində aparılır. Bu ərazilərdə ilkin olaraq daha tez yetişən süfrə sortları, o cümlədən ağ və qara kişmişi, kardinal, prima, batır və sair sortlar yığılır.
Qeyd edək ki, hazırda Şamaxıda 1641 hektar üzüm bağı var və plantasiyaların 1480 hektarı məhsuldardır. Cari mövsümdə bağlarda bol məhsul yetişdirilib. Xüsusilə “Mədrəsəaqro”, “Az-Qranata” MMC-lərə, sahibkarlar Qasım Eyyubova, Nurəddin Rzayevə, Qurbanəli Babasova məxsus plantasiyalarda hər hektardan orta hesabla azı 90-100 sentnerdən çox üzüm gözlənilir.
Ümumiyyətlə, mütəxəssislər cari ildə Şamaxıda 13-14 min tondan çox üzüm istehsal ediləcəyi qənaətindədirlər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 8 d. əvvəl
-
-
31 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 35 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı













.jpg)








