Lizinq şirkətinə 1 milyon pul lazımdır - BORCVERƏNƏ İLLİK 15 FAİZ ÖDƏYƏCƏK
Lizinq şirkəti "Legion Financial" ASC istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir.
Marja.az buraxılışın Emissiya Prospektinə istinadən xəbər verir ki, faizli və təmin edilməmiş istiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyəri 1000 manatdır.
Tədavül müddəti 1800 gün (5 il), faiz dərəcəsi illik 15%, faizlərin ödənilməsi periodu 30 gündən birdir.
İstiqrazların yerləşdirilməsindən əldə ediləcək vəsait lizinq fəaliyyəti üçün lizinqalanlar tərəfindən sifariş olunan avtomobillərin alınmasına sərf ediləcək.
Yerləşdirmənin anderrayteri "Assist Finance İnvestisiya Şirkəti"dir.
"Legion Financial" ASC 2023-cü ili 616 min manat xalis mənfəət ilə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur. Lizinq şirkəti 2022-ci ili 283 min manat xalis mənfəət ilə bağlamışdı.
"LEGION FINANCIAL" avtomobil lizinqi şirkətidir.
Hazırda "Legion Financial" ASC-nin iri səhmndarları İsmayılov Turan Mübariz oğlu (59.62 %), Süleymanlı Rahim Rəhman oğlu (23.93%) və Soltanov Rövşən Rafiq oğludur (10.68%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 6 d. əvvəl
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır






.jpg)
.jpg)











.jpg)

