Gəncədə sənayenin vəziyyəti haqqında məlumatlar açıqlandı
2024-cü il yanvar-mart aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlayıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 157,4 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 40,0 milyon manatı, yaxud 25,4 faizi dövlət sektorunun sənaye müəssisələri, 117,4 milyon manatı, yaxud 74,6 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 117,2 milyon manatı, yaxud 86,0 faizi qeyri-dövlət sektoruna aid olmaqla 136,3 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 35,3 milyon manat qida məhsulları istehsalı, 2,7 milyon manat içki, 67,4 milyon manat metallurgiya sənayesi məhsulları, 19,1 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 11,8 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-mart ayları ərzində 22,4 min ton un, 14,2 ton makaron, 29,4 min dekalitr araq, 23,9 min dekalitr şərab, 166 ədəd traktor, 93 ədəd MAZ yük avtomobili, 4298,5 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 79 ədəd elektron, 48465 ədəd mexaniki su və qaz sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2024-cü il yanvar-mart ayları ərzində 14,8 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 6,2 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















