Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 15-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 28 mm, Lerikdə 26 mm, Naxçıvanda 22 mm, Qəbələ, Şahbuzda 17 mm, Zaqatalada 16 mm, Şəkidə 15 mm, Oğuz, Culfada 13 mm, Astara, Şərurda 12 mm, Lənkəranda 11 mm, Gədəbəydə 10 mm, Daşkəsən, Göygöldə 9 mm, Şamaxıda 8 mm, Qobustan, Qax, Şəmkir, Sədərək, Ordubadda 7 mm, Gəncə, Tovuz, Yardımlı, Göyçay, İsmayıllı, Mingəçevir, Ağsu, Ceyrançöl, Kürdəmir, Tərtər, Beyləqan, Neftçala, Naftalan, Altıağac, Quba, Qusar, Ağstafa, Xaltan, Qrız, Şabran, Şahdağ, Yevlax, Zərdab, Cəfərxan, Biləsuvar, Bərdə, Cəlilabad, Ağdamda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Şamaxı, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 0-4 dərəcə isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.

15.05.2024 09:50

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ