“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək
(®) 28, 29, 30 iyun 2024-cü il tarixlərində, “The Ritz-Carlton Baku” otelində “PAŞA Holding”in təşkilatçılığı ilə “PASHA Hackathon 4.0” keçiriləcək. Hakatonun bu dəfəki mövzusu “PashaPay” tərəfindən həyata keçirilə biləcək yeni ideyaları təşviq etməkdir.
Belə ki, yarışçılar 3 gün ərzində PashaPay tərəfindən təqdim olunan “challenge” üzərində düşünərək, şirkət üçün yeni ideyalar təqdim etməli olacaqlar. Keçən il olduğu kimi, bu dəfə də hakatonun sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq mükafatlar veriləcək: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN.
Qeyd edək ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PASHA Hackathon” tələbələri, biznes və marketinq mütəxəssislərini, dizaynerləri və tərtibatçıları 10 may-10 iyun tarixləri arasında www.pashahackathon.az saytında qeydiyyatdan keçməyə və iştirakçı olmağa dəvət edir. “Hackathon”da iştirak etmək üçün giriş haqqı ödənilmir. Məkan, o cümlədən yemək, içki və digər xidmətlər ilə əlaqədar bütün xərclər qarşılanıb.
Xatırladaq ki, PAŞA Holding tərəfindən “PASHA Hackathon” artıq 4-cü ildir ki təşkil olunur. “Hackathon”un təşkil edilməsində məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həll yönümlülüyü təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









