Xalq Bank Türk Eximbankın sindikat kreditləşməsində iştirak edib
13 may 2024-cü il tarixdə Xalq Bank Türk Eximbankın (Türkiye İhracat Kredi Bankası A.Ş.) 728 mln ABŞ dolları məbləğində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir.
Kredit ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən ESG standartlarına uyğun istifadə olunacaq.
Layihədə müxtəlif ölkələrdən 34 maliyyə qurumu yer almışdır. Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Türk Eximbank 1987-ci ildən fəaliyyət göstərir və ölkənin dayanıqlı ixrac strategiyasını aktiv dəstəkləyən dövlət bankıdır. 2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 4 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İlham Əliyevə “Leonardo” şirkətinin istehsalı olan təyyarə təqdim edildi
-
6 saat əvvəl
Dövlət qrumlarının tenderlərini udan şirkət 11 milyon gəlirdən 183 min mənfəət götürüb
-
6 saat əvvəl
87 milyon gəliri olan şirkət 2,4 milyon manat xalis mənfəət açıqladı
- 6 saat əvvəl
-
7 saat əvvəl
30 yaşlı Azərbaycan şirkətinin xalis mənfəəti 2 dəfəyə yaxın artıb - 3,6 MİLYON QAZANC
-
7 saat əvvəl
"Bu kolleclərdə oxumaq üçün artıq 1000-dən çox müraciət var"
-
7 saat əvvəl
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir