Sabahın və həftənin sonunadək gözlənilən hava şəraiti açıqlanıb
Sabah Bakıda 29, bölgələrdə 33 dərəcə isti olacaqMayın 29-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 50-70 % olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.
XXX
Bakıda və Abşeron yarımadasında həftənin sonunadək hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 1-dən 2-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, mülayim cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, iyunun 1-i gündüzdən 2-si səhərədək isə şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 24-29, mayın 30 və 31-də 32 dərəcəyədək isti olacaq.
“Azərbaycanın rayonlarında həftə sonunadək intensiv yağıntılar gözlənilmir. Yaxın günlərdə hava şəraitinin daha da sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə yüksələrək 28-33, mayın 30-31-də bəzi yerlərdə 36, dağlarda 17-22, bəzi yerlərdə 25 dərəcə isti olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


