“28 May” stansiyasında növbəti eskalator əsaslı təmir ediləcək
Bu tip eskalatorlar 150 min km qaçış məsafəsini qət etdikdən sonra əsaslı təmirə dayandırılır.“28 May” stansiyasının ikinci çıxışında 2010-cu ildən istismarda olan “ET-3M” tipli üç eskalatordan biri “Bakı Metropoliteni” QSC-nin əsaslı təmir planına uyğun olaraq iyunun 3-dən əsaslı təmirə dayandırılır. Texniki tələblərə görə, bu tip eskalatorlar 150 min km qaçış məsafəsini qət etdikdən sonra əsaslı təmirə dayandırılır.
Təmirlə əlaqədar eskalator qovşaq və hissələrinin təmiri üçün lazım olan mal-material, ehtiyat hissələri, tərtibat və alətlərlə təmin edilib. Təmir müddətində qaynaq işləri yalnız gecə növbəsində nəzarət altında yerinə yetiriləcək.
Təmir dövründə ilk olaraq sürahi elementlərinin söküntüsünü aparmaq üçün lent zolağının daraqdan darağa olan 71 metrlik hissəsindəki 392 pillə demontaj edilərək təftiş olunacaq. Təmir dövründə eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılaraq müayinə ediləcək.
Sonrakı mərhələdə markşeyderlər qrupu eskalatorda fermaların çökmə, mərkəzdən qaçma və digər parametrlərini ölçəcək. Təmir müddətində istismar müddəti başa çatmayan və yararlı hissələr təftiş edilməklə yenidən quraşdırılacaq. Texniki şərtlərin tələblərinə, habelə dəyişdirilməsi zəruri olan hissə və qovşaqlar ölçü və standartlara uyğun yeniləri ilə əvəz olunacaq. Təmir başa çatdırıldıqdan sonra diaqnostik müayinələr aparılacaq.
Qazan nəzarəti üzrə müfəttişliyin istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirməsindən sonra nöqsan və qüsurlar olmazsa, eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul ediləcək.
Təmir yeni tədris mövsümünə qədər başa çatdırılmalıdır. Həmçinin digər iki eskalatorun iş rejimi və daim nəzarət altında olması təmin ediləcək.
Qeyd edək ki, bu tip eskalatorların istismar müddəti 40 ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)






.jpg)
