“Expressbank” audit hesabatı: 13,8 milyon manat xalis mənfəət
Expressbank 2023-ci il üzrə kənar audit şirkəti tərəfindən təsdiqlənmiş maliyyə hesabatını açıqlayıb. Hesabat beynəlxalq audit şirkəti “KPMG” tərəfindən hazırlanıb.
Bankın yaydığı məlumatda bildirilir ki, ”Expressbank”ın aktivləri yarım milyardı ötərək, 563.2 mln. manat təşkil edib. Bu isə 2022-ci ilin göstəricilərindən 28.8% yüksəkdir.
Ötən il Bankın faiz gəlirlərində də artım müşahidə olunub. Belə ki, faiz gəlirləri 24.5% artaraq 59.5 mln. manat, qeyri-faiz gəlirləri isə 16.7 mln. manat olub. Bank 13.8 mln. manat xalis gəlir əldə edib.
Hesabat dövründə Bankın kredit portfeli 412,8 mln manat, depozit portfeli isə 255,9 mln. manat təşkil edib. 2022-ci il ilə müqayisədə bu göstəricilər üzrə müvafiq olaraq, 38.2% və 23% artım qeydə alınıb.
Qeyd edək ki, Expressbank ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “pozitiv” proqnozu ilə təsdiqlənib.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























